SON DƏQİQƏ

Dünyanın 12 ölkəsindən olan səyyahların Laçına səfəri başlayıb - YENİLƏNİB

Tarix:5-02-2023, 14:48

Beynəlxalq səyyahlar qrupunun Laçına səfəri başlayıb.
“Report” xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.
Otuz nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.
Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.
***11:22
Kəlbəcər rayonunda səfərdə olan beynəlxalq səyyahlar rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.
Onlar da öz növbələrində Kəlbəcərin əzəmətli təbiətindən məmnunluğunu ifadə ediblər. Eyni zamanda, səyyahlar Ermənistanı işğaldan azad olunmuş torpaqlarımızda törətdiyi vəhşiliklərə görə qınadıqlarını bildiriblər.
Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir.
***10:02
Beynəlxalq səyyah qrupları Kəlbəcərə səfər edib.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səyyahlar Kəlbəcərin təbiəti, işğal dövründə ermənilərin burada törətdiyi vəhşi əməllərlə tanış olacaq, eyni zamanda İstisuya səfər edəcəklər.
Qeyd edək ki, jurnalistlərin də iştirak etdiyi səfər Müdafiə Nazirliyi və Media İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutub.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ