SON DƏQİQƏ

Hər birimizin baxışında 30 illik qisas yanğısı var idi- FOTO\VİDEO

Tarix:30-12-2020, 01:30

Həsən Yaqubov- Şükürlər olsun Qarabağ müharibəsi şəhidlərinin qanı yerdə qalmadı.                                                        Sumqayıt şəhərində yaşayan Qarabağ döyüşlərində ön cəbhədə şücaət göstərərək qələbə tariximizi yazan Qarabağ qazisilərindən biri Həsən Yaqubovun ailəsini ziyarət etdim. Həsən cəbhədən təxris olunub yaşadığı Sumqayıt şəhərinə gələrkən ilk ziyarət etdiyi məkan Sumqayıt şəhər Şəhidlər Xiyabanı oldu. Qazimizlə bərabər bizdə Şəhidlər Xiyabanını ziyarət edik və şəhidlərin ruhuna dualar oxuduq.                                              
Vətən müharibəsində könüllü vuruşan qəhrəmanımızı tanıyaq.
27 aprel 1988-ci ildə Həsən Fədail oğlu Yaqubov Sumqayıt şəhərində zəhmətkeş, sadə azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1995-2006 illərdə ilk təhsilini Sumqayıt 13 saylı tam orta məktəbdə almışdır. 2006-cı ilin iyul ayının 5-də  Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinin həqiqi xidmətə çağrılır. Həsən ilk hərbi xidmətini Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədən başlayır. Özünün sözlərinə görə bu hərbi hissənin bir hissəsinin tikintisində onunda zəhməti, əməyi var. 2008-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq yaşadığı Sumqayıt şəhərinə qayıdır və fəhlə kimi əmək fəaliyyətinə başlayır. 2010-cı ildə 22 yaşında ailə həyatı qurur 9 yaşında Fəda adlı bir oğlu var. 4 ildir övladını tək böyüdüb tərbiyyə verən Həsən gözünün ağı-qarası bir oğlu olan Fədanı cəbhəyə gedəndə anasına əmanət edir. “Ay ana göydə Allaha yerdə sənə əmanət edirəm oğlumu” deyir.       

2016-cı ildə böyük zəfərin başlanğıcını yazdığımız  Aprel döyüşlərində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə könüllü ərizə yazır lakin o zaman Həsəni çağırmırlar. Hər zaman bu gəncin ürəyində  qisas, torpaqlarımızın azad olunmasında iştirak etmək istəyi dolaşır. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq növbəti ərizə ilə müraciət edir.  Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatına başladı. Sentyabrın 30-da Həsən Yaqubov könüllü olaraq cəbhəyə yollanır. Bir müddət Ağcabədi rayonunda təlim keçir və hərbinin sirrlərini yüksək mədəniyyətə malik olan, son dərəcə mehriban olan tamamlama komandiri Zaur Qədimovdan öyrənir. Həsənin ilk döyüş yolu Qubadlının işğaldan azad olunmasında gedən şiddətli döyüşlərdən başlanır.

Həsən Yaqubov bizimlə həmsöhbət oldu:                                                                  

- Yeganə xanım Ali Baş Komandanın möhkəm iradəsi və düzgün müharibə taktikası, şəhidlərimizin qanı bahası,   xalqımızın birliyi, bizi qələbəyə apardı. Mən bu qələbəyə inanırdım. Cünki 30 ildə bizim güclü, iradəli ordumuz formalaşmışdı. Biz böyük qələbəyə inanırdıq! Hər birimizin  baxışındır 30 illik qisas yanğısı var idi. Qubadlı işğaldan azad olunandan sonra maşınla gedərkən maşının qabağını kəsən əsgərlər öncədən söyləyirlər ki, maşınla getməyin təhlükələdir, etiyatlı olun düşmənlər vururlar. Biz dərə var idi ora düşdük, 10 sanyə keçmədi ki, bizi vurdular, elə bil nəysə məni qaldırıb çırpdı yerə, özümə çox itirmədim baxdım ki, şükür içimizdə şəhid olan əsgərimiz yoxdur. Mən minamyotun zərvəsinə düşdüm və nitqimdə qüsurlar yarandı. Qulaqlarım tutuldu, heçnə eşitmirdim. Öz mövqeylərimizi qoruyaraq taktikamızla məcburən geri çəkildik. Dağa çıxırdıq yenə bizi vurdular və şükürlər olsun ki, vurduqları top atəşləri dağın ətəyinə düşdü. Əsgər yoldaşlarımızla bir-birimizə çox dəstək olduq, Allah bizi qorudu. I Qarabağ müharibəsinin qazisiləri bizə çox dəstək oldular. Tahir müəllim Qarabağ qazısı köməyi çox köməyi dəydi.       
Vuruşduğum cəbhə yoldaşlarımdan Dövlətov Telman, Qasımzadə Əsgər, Cəlilabad rayonundan olan Rəhman və adlarını yadımdan çıxartdığım bir sıra yoldaşlarım şəhid oldular. Allah rəhmət eləsin! Nasif 1 gözün iki ayağından, Pərviz qəlpə yarasından, Nəzərli İlkin qarın nahiyyəsindən qəlpə yarası aldı. Sonradan mən Şuşa azad olunduqdan sonra Şuşanın mühafizəsində xidmət etdim.  Prezident İlham Əliyevin sərancamı ilə Yaqubov Həsən Fədail oğlu cəbhədə göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.                     
44 gün ərzində ordumuzun rəsadəti hər birimizi sonsuz dərəcədə sevindirdi. Azərbaycanın özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.                                           
Cəsur döyüşcümüz Həsən Yaqubov döyüşə yollanarkən qardaş Türkiyə Respublikasının TRT HABER kanalı xəbər proqramı  üçün “Azərbaycan könüllü gənclər, cəbhə xəttinə doğru yola çıxdı” adlı bir video sujet hazırlayıb. İndi həmin sujeti sizə təqdim edirik.


Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”






FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ