SON DƏQİQƏ

Bu gün Od çərşənbəsidir

Tarix:28-02-2023, 11:14

Novruz bayramı dörd əsas çərşənbəni özündə birləşdirir, bunlardan ikincisi Od çərşənbəsidir! 
Hər çərşənbə axşamı tonqal qalanır. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizlənməsinə inam ifadə olunur. Od çərşənbəsinə elimizin adət-ənənəsinə görə “Üzgü çərşənbə”, “Addı çərşənbə”də deyirlər. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınırdı. İkinci çərşənbənin odun adı ilə bağlı olamsı təsadüf deyildir. Odun, tonqalın olması isdiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxilində olan bütün cirkabı və azar-bezarları yandırırlar. Bu çərşənbədə odun, tonqalın yandırılması həmən ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim zamanlardan insanlar odu qoruyub, oda hörmət ediblər. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdı, süfrəyə şirniyyat düzülməlidir. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirdilər.  İkninci çərşənbəyə ona görə od çərşənbəsi deyirlər ki, atrıq çayların buzu açılır, dağların qarı əriyir. Bir növ havaların isinməsinə görə ikinci çərşənəbəyə od çərşənbəsi deyirlər. Novruzun “torba atdı”, “papaq atma” kimi adətləri də var. Ümumiyyətlə Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri birləşdirir. Əcdalarımızın dünya görüşünü, düşüncə tərzini özündə əks etdirir.   
Eviniz nurlu, ocağınız yanar olsun. Ocağınız odlu, süfrələriniz dadlı, bərəkətli olsun arzu ilə…

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ