SON DƏQİQƏ

Dünya Azərbaycanlılarının həmrəylik və qələbə bayramı münasibəti ilə təbrik!

Tarix:31-12-2020, 02:16

Əziz dostlar, bildiyniz kimi, 2020 -ci təqvim ili, hər nə qədər də, vkorona virus səbəbi ilə bütün dünyada xoşa gəlməz hadisə kimi qeyd olunsada, bizim üçün yəni Azərbaycan dövləti və xalqı üçun uğurlu bir il olduğunu düsünürəm.                                                                                 Ona görə ki, 30 ildi bizləri həsrətdə qoyan milyonlarca insanı yurd yuvasından eliyən, uğrunda qan tökülən Qarabağ  məsələsində, əldə etdiyimiz böyük qələbə qaytarılan torpaqlarımız bu ilin bizə bəxş etdiyi ən böyük bir hədiyyədi və ən böyük bir qazancımızdır.                           
Heç şüphəsiz ki, çoxlarımızın şəxsi həyatında  olumlu, olumsuz dəyişikliklər olmuşdur. Mən şəxsən bütün  bu virusun gətirdyi olumsuz, havaya rəğmən yenədə Allaha şükür edir həyata hər zaman olduğundan daha yaxşı baxdığımı ifadə etmək istəyirəm.                                               
Hər şeyə rəğmən heyat gözəl və yaşamağa dəyər, təki biz insanlar xain, paxıl olmayaq. Sevib, sevilməyimizi bilək, bir birimizə köstək yox dəstək olmasını bilək, bu səbəb ilə 2021-ci təqvim ilinin müharəbələrin olmadığı bu korona virusun yox olduğu barış və əmin amanlığın olduğu bir il olmasını arzu edirəm. Hər birinizi dünya  Azərbaycanlılarının həmrəylik günü və  böyük qələbə münasəbəti ilə təbrik edir, torpaq uğrunda şəhid olan cəmi şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına və bütün xalqımıza səbir arzulayıram! Hər birinizə ən əsası uzun ömür, can sağlığı arzu edirəm. Doğmalarınızla sağlam həyat yaşamağınızı və xoş arzularınızın yerinə yetirilməsini Allahdan istəyirəm. Maraqlı və gözəl dünyamızda ən gözəl nə varsa sizlərin olsun. AMİN! 
 
Hörmətlə: Fesih ALİOĞLU şair publisist.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ