SON DƏQİQƏ

"Qobustan mənzərələri" adlı rəsm etüdü keçirilib-FOTOLAR

Tarix:13-03-2023, 22:15

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin və Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayevin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş "Vətənpərvərlik etüdləri" layihəsi çərçivəsində “Qobustan mənzərələri” adlı etüd baş tutdu.Rəssamlar İttifaqının üzvi Elnurə İsgəndərovanın rəhbərlik etdiyi layihə çərçivəsində bir qrup rəssam Azərbaycan tarixinin özünəməxsusluğunu özündə yaşadan Qobustan abidələrinin mühafizə edildiyi Qobustan Milli Tarix - Bədii Qoruğuna səfər edərək tarixi abidələrlə yerində tanış olublar. Qobustan Milli Tarix - Bədii Qoruğunun direktoru Vüqar İsayev qonaqlara qoruğun yaranması, inkişaf tarixi, burada qorunan tarixi abidələr haqqında ətraflı məlumat verib. Bildirdi ki, Qobustan qoruğu beş dağdan – Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şanqardağ və Şıxqayadan ibarətdir.  Qobustan qoruğu bu dağlardakı qayaüstü rəsmləri qorumaq üçün 1966-cı ildə yaradılmışdır. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20-yə yaxın yaşayış məskəni və 40 kurqan, 6000-dən çox petroqlif  aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100000-dən çox artefakt qoruğun fondlarında qorunur.  Daha sonra etüd rəhbəri Aygün İsgəndərovanın təşkilatçılığı ilə rəssamlar Qobustan abidələrinin etüdlərini işləyiblər. Layihə rəhbəri Elnurə İsgəndərovanın verdiyi məlumata görə Ulu Öndər Heydər Əliyevin 100-cü il dönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” il ərzində davam edəcək və sonda YAP Yasamal Rayon Təşkilatının inzibati binasında sərgilənəcək. Etüddə iştirak edən rəssamlara diplomlar təqdim edilib.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ