SON DƏQİQƏ

Əslən Qarabağlı türk qardaşımız -FOTO

Tarix:31-12-2020, 11:51

Tanınmış yazıcı, şair, qəzetəci, heykəltaraş, ictimai xadim Mustafa Taner Türkiyənin Fethiyə şəhərində yaşayır və 30-dan çox kitabların müəllifidir. Vətənpərvər ziyalılarımızdandır. Kökü Qarabağa , Naxçıvana bağlıdır. Azərbaycan İraq Mədəni Əlaqələr ictimai birliyinin Türkiyə üzrə təmsilçisidir. Eyni zamanda Həkəri qəzetinin Türkiyə üzrə təmsilçisidir.Yuksək təşkilatcilıq qabiliyyəti var.Kayakoy Barış və Dostluq festifalında Azərbaycan nümayəndə heyətinin bu mötəbər fesifalda iştirak etməsi bir başa Mustafa Tankerin təşkilatçılığı sayəsində yüksək səviyyədə baş tutmuşdur.
AİMƏ İB nin sədri , Dünya Sülh səfiri Tahirə xanım Məmmədova məni də bu tədbirə dəvət etmişdir. On minlərlə festifal iştirakçılarının qarşısında Azərbaycan numayəndə heyətinin çıxışları alqışlarla qarşılandı.Yaxsi yadımdadır.  Tahirə Məmmədovanı alovlu çıxışı onun ardınca bu sətirlərin müəllifinin Qarabağ mövzusinda söylədiyi şeirlər alqışlarla qarşılanmışdır. Mustafa Taner göz yaşlarını saxlaya bilmirdi. Artıq bu görüşümüzdən bir ildən çox vaxt keçir.Mustafa Taner bir neçə aydır ki, Fethiyə şəhər xəstəxanasında müalicə olunur.Bu gün zəng etdim.  Görüntülü danışdıq. Səsimi eşidərkən yataqda necə agladısa, qəlbim çox sızladı. Dağ boyda kişiyə təskinlik verdim.  Bildırdım ki, Qarabağımız işğaldan azad olunubdur.Gozlərin aydın qaga. Tez sagal gəl Bakıya .
Gedək Həkərinin mənbəyindən mənsəbinə qədər qarış-  qarış gəzək.
Hər kəlməmdən gözləri yaşadan qardaşımıza şəfa dilədim.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ