SON DƏQİQƏ

Bu gün İlaxır çərşənbədir

Tarix:14-03-2023, 14:19

Novruzun gəlişi baharın gəlişi deməkdir.
Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbəni  qeyd etdik: Su, Od, Yel və  bu gün çərşənbələrin sonuncusu  İlaxır çərşənbəsi sayılan Torpaq çərşənbəsidir. Bu çərşənbə el arasında “Çərşənbə suri”, “İlaxır çərşənbə”, “Torpaq çərşənbəsi”, ”Yer çərşənbəsi” adlandırılır. Novruzda olan əsas bu 4 çərşənbədə insanın 4 ünsürdən yaranması göstərilir. Təbiət oyanır, hər yer yaşıllaşır, ağaclar tumurcuqlayır. Təbiyət öz yaşıl libasını  geyinir. Bizim  bayramımızdır Bahar bayramı. Torpaq çərşənbəsi  Novruz çərşənbələri arasında ən dəyərlisi, ən qiymətlisidir.  Torpaq çərşənbəsin də təbiət oyanır, torpaq nəfəs alır. Hamı bayramı xoş ovqatla qarşılamağa hazırlaşır. Bütün  çərşənbələrdə hər kəs bir-biri ilə bayramlaşır. Təmtaraqlı süfrə açılır, evlərədə əsasən plov dəmlənir, balıq, cürəbə-cürə yeməklər , şəkərbura, paxlava, badambura qoğal bişirilir.  Tonqal qalanır, ailə üzvülərinin sayına görə şam yandırırlar, süfrəyə səməni qoyulur.                     
İlaxır çərşənbədə yaşından aslı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özüdə 7 dəfə. Bir tonqalın üstündən 7 dəfə, ya da 7 tonqalın  hərəsinin üstündən 1 dəfə. Tullanarkən bu sözlər deyilir: ”Sarılığım sənə, qırmızılığın mənə” ya da “Ağırlığım odda yansın”.                      
Deyilənə görə axır çərşənbə gecəsi bütün axar sular dayanır. Hamı ona səcdə edir, hətta da ağaclar da başını yerə əyib qalxırlar. İnaca görə    axır çərşənbə “Novruz” la üst-üstə düşərsə ilin daha uğurlu keçəcəyi gözlənilir. Axır çərşənbə xonca hazırlanır. Bayram xoncasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.  Həmin gecə “qulaq falı”na çıxırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışması adət hesab olunur. Axır çərşənbə günü ertədən lampa yandırarlar. Deyilənlərə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu 7 il dalbadal başqa yerdə qarşılayacaqsan.                                                                                       
Bu il baharın gəlişi 20 mart saat 19:33-ə təsadüf edir. Baharın gəlişi zamanı gecə-gündüz bərabərliyi hadisəsi baş verir. Həmin vaxt gecə ilə gündüzün müddəti bir-birinə bərabər olur. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan “Novruz bayramı” artıq Azərbaycanın I vitse prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə YUNESKO  tərəfindən beynəlxalq  səviyyədə qeyd edilir. BMT-də 21 martı “Beynəlxalq Novruz günü elan edib. Bu da bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.                                        
Qazanınız həmişə qaynar olsun. Süfrələrinizdən ruzi-bərəkət əksik olmasın. Bayramınız mübarək olsun əziz  Azərbaycan xalqım!  Əziz dünya Azərbaycanlıları!                         
Novruz bayramı münasibəti ilə butun Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını “XeberTıme.az”  sayıtı olaraq səmimi qəlbdən təbrik edirik. Bol-bərəkətli, əminamanlıq  ilimiz olsun arzusu ilə...

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ