SON DƏQİQƏ

Ramilin gəlişini ailəsi sevinclə qarşıladı

Tarix:31-12-2020, 13:32

Əslən Laçından olan Ramilin ən böyük arzusu Laçına bayraq sancmaq olub. 
Vətən müharibəsi qəhrəmanımızı tanıyaq.
Ağayev Ramil Tofiq oğlu 1986-cı il martın 16-da Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlmişdir. İlk tam orta təhsilini Sumqayıt şəhər  Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyev adına 3 saylı orta məktəbdə aldıqdan sonra 2004-cü ildə həqiqi hərbi xidmətə çağrılır. Hərbi xidmətini birtirdikdən sonra böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə dönür və əmək  fəaliyyətinə başlayır.                                                                   
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə könüllü ərizə ilə müraciət edir. Lakin o zaman Ramili çağırmırlar. Səfərbərlik elan olunan gündən yenidən könüllü cəbhədə vuruşmaq üçün ərizə ilə müraciət edir. Sentyabrın 27-də Azərbaycanda başlanan Vətən müharibəsində iştirak etmək üçün 2 körpə balasını evdə qoyaraq könüllü cəbhəyə yola düşür. Artilleriyada  tağım komandirinin müavini vəzifəsinə qədər ucalır. Cəsur döyüşçümüz Füzuli, Hadrud, Cəbrayıl, Laçın Xocavənd, Zəngilan rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edir və Qafan şəhərinə qədər gedib çıxır. 30 dekabr əsgərlikdən azad olunan Ramil Ağayev evinə dönməmiş Sumqayıt şəhər Şəhidlər Xiyabanına torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin məzarını ziyarət etdi. Ramili yaşadığı evin qarşısına onun ailəsi və yaxınları qarşıladı və gəlişi münasibəti ilə qurban kəsildi.                                                                  

Ramil Ağayev 2015-ci ild’n Aygün adlı xanımla ailəlidir,  2 yaşlı Amil və 4 yaşlı Məşuqə adlı övladları var.                                          
Əldə etdiyimiz tarixi qələbədə ön cəbhədə vuruşmuş Ramil Tofiq oğlu Ağayevində  payı var.  Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində bütün dünyaya gücünü, qələbə əzmini göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki,  Müzəffər ordumuz dünyanın ən güclü orduları sırasındadır. Yaşasın Azərbaycan Ordusu, yaşasın Ali Baş Komandan!                                                               

Sənin kimi oğullarla Azərbaycan xalqı fəxr edir!
 
 Yeganə Telmanqızı 
“XeberTıme.az”






                                                                          







FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ