SON DƏQİQƏ

N saylı Hərbi hissədə təşkil etdiyi Novruz konserti keçirilib- FOTOLAR

Tarix:21-03-2023, 21:26

19 mart 2023-cü il tarixində Ana Vətən Partiyasının Abşeron rayon təşkilatı və Abşeron rayon Mədəniyyət mərkəzinin N saylı Hərbi hissədə təşkil etdiyi Novruz konserti əsgərlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. 
Tədbirdə AVP Abşeron rayon təşkilatının sədri, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Elçin Quliyev, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri Günay Ağamalı, 
Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Abdiyeva Əzizə Elbəyi, Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Samirə Qafarova, AVP Abşeron təşkilatının sədr müavini, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Nuranə Axundova, Ana Vətən Partiyasının Abşeron Rayon Təşkilanın Qadınlar Şurasının sədri Xanməmmədova İntizar, Ana Vətən Partiyasının Abşeron Rayon Təşkilatının Məclisinin sədri Arzu Fərəcova, Ana Vətən Partiyasının Abşeron Rayon Təşkilatının Gənclər təşkilatının sədri Əhmədov Fərid iştirak etdi. 
 
Çıxışlar zamanı Abşeron rayon İcra Hakimiyyəti başcısı cənab Abdin Fərzəliyevin və   AVP-nın sədri, hörmətli millət vəkili Fəzail Ağamalının əsgərlərə Novruz təbriki çatdırıldı. Tədbirdə şairə Nəsibə İsrafilqızı, müğənni Elxan Qaraxanoğlu eyni zamanda Mədəniyyət mərkəzinin işciləri də mahnı və rəqsləri ilə tədbirə bayram əhval ruhiyyəsi əlavə etdi. 
 
Sonda tədbirdə iştirak edən AVP-nın üzvləri və sənətçilər hərbi hissə komandiri polkovnik-leytenant Emil Kamalov tərəfindən fəxri fərmanla təltif olundular.

 “XeberTıme.az"


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ