SON DƏQİQƏ

Məşhur idmançımız Elnur Cəfərovun qardaşı qazi oldu + FOTOLAR\VİDEO

Tarix:25-11-2020, 01:42

Elnur Cəfərov- Vətəni qorumaq millət və dövləti qorumaqdır.                                                                            
Düşmən hədəflərinin məhv edilməsində xüsusi şücaət göstərən qəhrəmanımız Elvin Zakir oğlu Cəfərovu doğulub boya-başa çatdığı  Sabirabad rayonunun Qalağayn kəndindində həmyerliləri və ailəsi tərəfəindən təntənə ilə qarşıladılar.                                      
Elvin Zakir oğlu Cəfərov könüllü olaraq hərbi komissarlığa müraciət edib: “Torpaqlarımızı azad etmək üçün yola düşəndə sevincimin həddi-hüdudu yox idi. Çünki biz ölməyə yox, düşmənləri torpaqlarımızdan qovmağa yola düşürük”                                                              
Yoldaşları arasında "Mauqli" ləqəbi qazanan və pulemyotçu Vətən müharibəsində bir neçə dəfə yaralanmağına baxmayaraq döyüşə davam edib. Sonuncu dəfə ağır yaralanıb ayaq, kürək nahiyəsindən qəlpə yaraları olduğu üçün hospitala yerləşdirilib. Eşitmə qabiliyyətini və nitqini itirib. Həkimlərin sözlərinə görə zamanla nitqi və eşitmə qabiliyyəti bərpa olunacaq. Elvinin döyüş yolu Füzulidən başladı, daha sonra Hadrutda, Qubadlıda gedən ağır döyüşlərdə iştirak etdi. Laçında yaralanır qazimiz və deyir ki, “Qələbə mənə bütün yaralarımı unutdurdu”.     

Qazimizin anası Ruqiyyə Cəfərova sevinc hisslərini XeberTıme.az -la bölüşdü:                                                                    
- Oğlumla fəxr edirəm, övladlarımızın hamısının borcudur ki, Vətənin keşiyini çəksin. Bu gün çox sevinirik, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib. Elvinin ocağında böyüyən iki gül balası Zakir və Mehrac da ataları ilə fəxr etdiklərini söyləyiblər. Azərbaycan Ordusu qələbə tarixi yazaraq şəhidlərimizin qisası aldı, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə, şəhid olan balalara, döyüşən ordumuzun əsgərlərinə borcluyuq. Yaşasın Azərbaycan xalqı”.                             
 

İdman Ustası,  Dünya və Avropa çempionu, dəfələrələ Beynəlxalq turnirlərin qalibi fəxrimiz Elnur Cəfərov qardaşı haqqında bizə danışdı:  

- Yeganə xanım qardaşım Elvin Cəfərovla fəxr edirəm. Vətəni qorumaq millət və dövləti qorumaqdır. Qarabağ qaziləri hər zaman ordumuzun, dövlətimizin yanındadılar. 44  gün gedən ağır döyüşlərdə qardaşım 39 gün vuruşdu və işğaldan azad olunan torpaqlarda qardaşımın da əməyi var. Zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar.                                          
Qardaşıma döyüşçü yoldaşları “Mauqli”  ləqəbi verib. Cox cəld vaxtında düşməni məhv edə biləcək bir döyüşçüdür. Elvin hər an Ali Baş Komandanın əmrinə hazırdır. Biz hər birimiz öz peşə fəaliyyətimizdə, Qarabağ uğrunda döyüşlərdə mərdliklə vuruşmuş, ağır yaralanaraq sağlamlıqlarını itirmiş  döyüşçülərin qəhrəmanlıq nümunələrini təbliğ etməklə yeniyetmə və gənclərə vətənpərvərlik hissinin aşılanmasını təbliğ etməliyik.                                          

44 günlük müharibədə Azərbaycan tarixi qələbəyə imza atdı. Döyüş meydanında əldə etdiyimiz qələbələr Azərbaycan ordusunun yeni bir qəhrəmanlıq səhifəsi olduğunu və Azərbaycan ordusunun real gücünü ifadə etdiyini vurğuladı. İşğaldan azad olunan torpaqlar Azərbaycan əsgərinin qələbə tarixdir.  Əsgərimizin gücünü, qüdrətini görən düşmən anladı ki, Azərbaycan Ordusu güclü hərbidən və hərbiçilərdən ibarətdir. Qarabağ Azərbaycandır!
Ruqiyyə ana  siz düşmənə öz sözün deyə bilən, Azərbaycana dəyərli, tərbiyəli vətənpərvər övlad böyüdüb boya-başa çatdırdız. Əllərinizdən öpərək, sizə sonsuz təşəkkür edirik!

Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”  





 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ