SON DƏQİQƏ

Aprel döyüşləri bizim canlı qələbəmizdir

Tarix:2-04-2023, 12:57

Ordumuzun aprel qələbəsindən 7 il ötür

Şəhidlik vətənpərvərlik, fədakarlıq kimi ülvi anlayışdır. Şəhidlik adı ölüm deyil. Müqqədəs Quranda buyrulur ki, şəhidlik peyğəmbərlərdən sonra gələn addır. Bütün şəhidlər bizim üçün əzizdir. Şəhidlərin hər biri bütün Azərbaycanın övladıdır. Şəhidlərimizin hər birinin bu torpaq, bu millət üçün xidmətləri var. Bu gün Azərbaycanın vətənpərvər gəncliyi yetişib. Aprel hadisələri zamanı biz bunun bir daha şahidi olduq. Gənclərimiz yeni ruhda tərbiyə alıb böyüyürlər. Aprel hadisələrində şəhid olan insanlar müstəqil Azərbaycan dövlətinin hərbi tarixində dönüş yaratdılar. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan dövlət, ordu və xalq olaraq, daha bir böyük imtahandan uğurla keçdi. Azərbaycan əsgəri pələngə, şirə dönmüşdür. Onlar ölümün gözünə dik baxaraq, irəliyə, ancaq irəliyə doğru addımlayırdılar. Bu döyüşlərdə erməni işgalı altındakı ərazilərimizin azad edilməsi uğrunda savaşın önəmli mərhələlərindən biri kimi tarixə düşdü. 4 gün davam edən döyüşlərdə Azərbaycan ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığı parlaq şəkildə təzahür etdi. Nəticədə xalqımız erməni təcavüzünə qarşı mübarizədə uzun müddətdən bəri arzuladığı zəfər sevincini, qələbəni daddı. Doğma torpaqlarımızın bir qismi məhz bu zəfər sayəsində işğaldan azad oldu. Dünyaya sübut etdi ki, 25 il ərzində Azərbaycan əsgəri hərbi hazırlığını gücləndirib. Azərbaycan dövləti ordusunun gücünü artırıb, düzgün siyasəti nəticəsində Yenilməz bir ordu qurub. ...Şəhidlərimizin dəfn mərasimində, doğulduqları, boya başa çatdıqları həyətlərində, məhələlərində dalğalanan yüzlərlə Azərbaycan bayrağını görəndə insanın ürəyi təlatümə gəlir. Axı o ucalıqda dayanan bayraqları bayraq edən üstündəki şəhid qanıdır! O bayrağın həmişə ucalıqda olması üçün Azərbaycan xalqı, Azərbaycan igidləri hər zaman canlarından, qanlarından kecməyə hazırdır.Mən bu ailələrin hər birinin qarşısında bir ana kimi baş əyirəm. Çünki bütün şəhid ailələri kimi Vətənimiz, millətimiz üçün dəyərli övladlar böyüdüb tərbiyə etmişdir. Mən bir vətəndaş kimi, vəzifə borcumu yetirən muxbir kimi mütamədə olaraq şəhid ailələri ilə, döyüşcü qəhrəmanlarla görüşürəm. Bu ailələr hamısı biri birinə bənzəyirlər. Sadə, zəhmətkeş, vətənpərvər Azərbaycan ailəsi! Analar, atalar, həyat yoldaşları... Əziz analar, əziz atalar siz elə övladlar böyütmüsünüz ki, bütün xalq onlarla fəxr edir. Bir daha çox sağ olun! İndi ölkəmizdə həm də xarici ölkələrdə yaşayan elə bir azərbaycanlı tapmaq olmaz ki, Mübarizi, Fəridi, Muradı, Raqubu, Əbdülməcidi, Şülanı, Rahimi, Elnuru, Rəşidi, Nurlanı, Seymuru və diğər şəhid övladlarımızı tanımamış olsun. Azərbaycan xalqı üçün hər bir əsgəri dəyərli və əzizdir. Döyüşlərdə iştirak edən müharibə vetranları, qazilər nə qədər bağlıdırlar bu Vətənə. Onlar Vətəni, milləti üçün canlarından keçməyə həmişə hazırdılar. Mənfur erməni düşmənlərindən təmizlənən torpaqlarımız uğrunda xeyli insan itkimiz oldu. Dörd gün davam edən müharibədə 93 nəfər şəhidlik zirvəsinə ucalmış, 33 nəfər isə yaralanmışdır. 2016-cı ilin 2-5 aprel günü Azərbaycan tarixinə igidlərin, şəhidlərin qanı ilə yazıldı. O günün adı QƏLƏBƏDİR!
Xalqımız Vətən uğrunda, milləti yolunda canından, qanından, ömründən keçən şəhidləri ilə qürur duyur. Onların hər biri tarixi qəhrəmandılar. Məkanınız cənnət olsun.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı
 “XeberTıme.az"
 
 

 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ