SON DƏQİQƏ

Ağdaban faciəsindən 31 il ötür

Tarix:8-04-2023, 12:56

Bu gün Ağdaban faciəsindən 31 il ötür.
XeberTıme.az xəbər verir ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.
Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.
Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

“XeberTıme.az"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ