SON DƏQİQƏ

Əkbər Yusifoğlu Dünya Azərbaycanlılarını Həmrəylik günü münasibətilə xalqını təbrik etdi

Tarix:31-12-2020, 16:42

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil  Əkbər Yusifoğlu - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik süarının simvolik günüdür. Dünya Azərbaycanlılarının Həmrəliyi günü və Yeni təqvim münasibətilə xalqımı təbrik edərək hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olundu. Bu Zəfərin qazanılmasında Ali Baş Komandan İlham Əliyevin, xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynadı. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə - sülh, əmin-amanlıq, tərəqqi və sağlam həyat arzulayıram!                     

Hörmətlə: Əkbər Yusifoğlu                                          
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Tanınmış vəkil  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ