SON DƏQİQƏ

Vətənin Cəsur oğlu- MN-nin polkovnik-leytenantı Eyvazov Anar Rəhman oğlu

Tarix:31-12-2020, 23:57

Prezident İlham Əliyev cənablarının 30.12.2020-ci il tarixli Sərəncamı ilə MN-nin polkovnik-leytenantı Eyvazov Anar Rəhman oğlu "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur.                                        Qürurvericidir ki, cəsur hərbçi Anar Eyvazov hələ mayor rütbəsində olarkən 2016-cı il Aprel döyüşlərində də göstərdiyi şücaətə görə Möhtərəm Prezidentin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə də təltif edilmişdir.                                                                                                           Qeyd etmək yerinə düşər ki, Qarabağda tanınmış Eyvazovlar nəslinin ləyaqətli davamçısı olan polkovnik-leytenant Anar Eyvazov 2-ci Dünya müharibəsi dövründə Ağdam maarif şöbəsinə rəhbərlik etmiş Əli Eyvazovun nəvəsi, 1-ci Qarabağ müharibəsi dövründə batalyon komadirinin müavini olmuş Rəhman Eyvazovun oğlu və həmin müharibə dövründə Ağdam rayon səhiyyəsinə rəhbərlik etmiş "Əməkdar həkim", Qarabağ müharibəsi veteranı Taryel  Eyvazovun qardaşı oğludur.  
Anar qardaşımızı tarixi qələbəmiz münasibəti ilə ürəkdən təbrik edirik.


Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ