SON DƏQİQƏ

“Uğurlarımızla 2021-ə” - FOTOLAR

Tarix:1-01-2021, 01:32

“Abşeron” Gənclərin İnkişafı İB ART TV AZƏRBAYCAN kanalı ilə birgə “Uğurlarımızla 2021-ə” mükafatının onlayn şəkildə həyata keçirildi.Layihənin media dəstəyi olan xəbərtaym.az saytına açıqlama verən İB-nin icraçı direktoru, layihənin təşkilatçısı Aygün İsgəndərova bildirdi ki, bu il COVİD-19 qlobal pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar  “Uğurlarımızla 2021-ə mükafatının onlayn şəkildə təqdim olundu. XEBERTİME.AZ saytının rəhbəri Yeganə Telmanqızı, Azpress.az saytının xüsusi müxbiri, Respublika Gimnaziyasının müəllimi, ARİ-nın üzvü, rəssam Minə Məmmədova, “Şəhidlər Unudulmur” layhəsinin aparıcısı Sevda Bəxtiyarqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,  ARİ-nın üzvü, "Tərəqqi" medalı ilə təltif olunmuş rəssam Səmayə Rzayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,  ARİ-nın üzvi, rəssam Sevinc Hacıyeva,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi,  ARİ-nın üzvü,  rəssam Zinaida Çernakova,  ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi,  "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"  döş nişanı ilə təltif olunmuş,  ARİ-nın üzvü  rəssam Rəsmiyyə Mahmudova, ARİ-nın üzvü, rəssam, şairə, modelyer  Qumral Əhmədova, ARİ-nın üzvü iqtisadçı,  rəssam Nihad Əliyev Azərbaycan Dövlət Pedaqoji  Universitetinin məzunu,  ARİ-nın üzvü,  rəssam Aynur  Əliyeva  ART TV AZƏRBAYCAN  kanalında  fərdi onlayn yaradıcılıq sərgilərinə və il ərzində fəal fəaliyyətlərinə görə “Uğurlarımızla 2021-ə” mükafatı və diplomu ilə təltif olundular.  
Bizdə XEBERTİME.AZ sayıtı olaraq başda layihə rəhbəri və təşkilatçısı Elnurə və Aygün İsgəndərovalar olmaqla bütün iştirakçıları təbrik edir və Azərbaycançılıq ideologiyasının, multikultural, tolerant, vətənpərvərliyin təbliğinə həsr olunmuş layihə və fəaliyyətlərində uğurlar arzulayırıq. 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
 






FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ