SON DƏQİQƏ

Bir tarixə, bir əfsanəyə çevrilən qəhrəman- Polad Həşimovun bu gün doğum günüdür

Tarix:2-01-2021, 01:34

Yaşasaydı 46yaşı tamam olacaqdı- Vətəni ailədən öndə tutan bütün türk dünyasının əfsanəvi qəhrəmanı. polad   mətinli qəhrəmanımız, Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimov. Bəli, biz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq əzmini itirməyib.      
Bir tarixə, bir əfsanayə çevrilən qəhrəman 1975-ci il yanvarın 2-də Sumqayıt şəhərində sadə, zəhmətkeş ailədə  dünyaya gəlmiş  Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir. Polad Həşimov Sumqayıt şəhər 34 saylı tam orta məktəbin məzunu olub, məktəbi bitirdikdən sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alır və sonra  təhsilini Türkiyədə davam etdirib.         
O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib. Talış yükəkliklərində 7 döyüş postu var. Biri “Polad postu” adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər. Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edir və xəsarət alır. Ona vaxtından əvvəl 2019-cu ildə cənab Ali Baş Komandan İlham Əliyev general rütbəsi verir. Dövlət qüsursuz xidmətlələrinə görə ona ev bağışlamışdı. O da  evi şəhid ailəsinə bağışlayır.                                                            
2020-ci il 14 iyul səhər saatları...General-mayor Polad Həşimov Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə uçalır. Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov İkinci Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı Polad  Həşimovun xidmət etdiyi hərbi hissənin tabor komandirləri, şəhidin əsgərləri, zabitləridə və Polad sevərlər qatıldı.                                    
Polad İsrail oğlu Həşimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” təltiflər verilmişdir:

2001-ci ildə “Azərbaycanın Silahlı Qüvvələrinin 10 İlliyi” yubley medalı.                           

2002-ci ildə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı. 
2003-ci ildə “Hərbi xidmətlərə görə” medalı.                         
2007-ci ildə II dərəcəli “Qüsursuz xidmətə görə” medalı.                                            
2008-ci ildə  “Azərbaycanın Silahlı Qüvvələrinin 90  İlliyi” yubley medalı.                
2009-cı ildə “Vətən uğrunda” medalı.                                      
2013-ci ildə “Azərbaycanın Silahlı Qüvvələrinin 95  İlliyi” yubley medalı.                         
2012-ci ildə I dərəcəli “Qüsursuz xidmətə görə” medalı.            
2014-ci ildə “Vətənə xidmətə görə” ordeni.                                
2016-cı ildə  II dərəcəli “Vətənə xidmətə görə” ordeni.  
2017-ci ildə  “Azərbaycanın Silahlı Qüvvələri Veteranı” medalı.                                
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubley medalı.                       
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor Həşimov Polad İsrayıl oğluna 2020-ci ildə (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.                      
Polad Həşimov unikal general idi və onun vəfatı cəmiyyət üçün böyük itki idi.                        
3 övladı bizə yadigar qaldı: iki oğlu, bir qızı.  Ruhunuz şad olsun! 30 illik qisas yanğısını Azərbaycanın Müzəffər Ordusu  44 günə tamamladı. Canını qurban etdiyin Azərbaycan torpaqları işğaldan azad oldu. Biz sizn kimi şəhidlərin qanı bahasına Zəfər çaldıq. Ruhunuz qarşısında baş əyirik.                                        
Adınız Fəxrimizdir cənab general, bütün türk dünyası sizinlə fəxr edir. Yeni yaşınız mübarək!      
Nur içində yatasan general-mayor şəhid qardaşım! 


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ