SON DƏQİQƏ

Yazıçı-publisist Rauf İlyasoğlu yaradıcılığı

Tarix:2-01-2021, 12:00

Yazıçı-publisist Rauf İlyasoğlu yaradıcılığı
Bir ömrü şərəflə yaşayaq gərək 


İnsanlıq insanın  qanında ola , 
Ləyaqət , səxavət canında ola , 
Doğma, əzizlərin yanında ola, 
Bir ömrü şərəflə yaşayaq gərək .

Nanəcib  kəslərlə duz çörək kəsmə,
Əzrail gələndə titrəyib əsmə , 
Hər boş sözdən ötrü dostundan küsmə ,
Bir ömrü şərəflə yaşayaq gərək.

Nahaqdan kimisə hər gün danlasan, 
Gec də olsa öz səhfini anlasan, 
Keçər günahından halına yansan, 
Bir ömrü şərəflə yaşayaq gərək.

Hər çalınan şən havaya oynama ,
Düz söz acı olsa , məni qınama, 
Qarşında duranı nə avam sanma , 
Bir ömrü şərəflə yaşayaq gərək .

Söz oynadar sərkərdəni yerindən, 
Hər bir elmi öyrənəsən dərindən , 
Zər qədrini bilər zərgər zərindən, 
Bir ömrü şərəflə yaşayaq gərək.

Adam var adama çəkdirər dağı, 
Çəkilər qəstinə düşməntək yağı,
Gözündən yaş çıxmaz deyəndə ağı , 
Bir ömrü şərəflə yaşayaq gərək.

Rauf ,  hörmət qazan obanın, elin, 
Hər günün, hər ayın  qədrini bilin, 
Allah kəlamını öyrənsin dilin,
Bir ömrü şərəflə yaşayaq gərək, 
Bir ömrü şərəflə yaşayaq gərək.

Rauf İlyasoğlu  
07. 07. 2020


Bu dünyaya gəlmişəm

Baharın ilk günündə, 
Bu dünyaya gəlmişəm.
Əlli beş il sərt qışın, 
Çətinliyin görmüşəm.

Yayın qızmar çağında, 
Gah Həkəri çayında.
Burulğanı suyunda, 
Neçə sinə vermişəm? 

Yaylaqlara, dağlarda, 
Kəpəzdə, Dəlidağda.
O cənnət Qarabağda, 
Mən doyunca gəzmişəm.

Halalca yorulmuşam, 
Xəzərlə durulmuşam.
Hər əldə ev qurmuşam, 
Dostdan çələng hörmüşəm.

Əslim, köküm türk soyum, 
Əymərəm yada boyun.
Ağdamdan necə doyum? 
Bağımdan ləl dərmişəm.

Nur saçır  yanağında, 
Yurdumun yaylağında.
İgidlər oylağında , 
Bu günyaya gəlmişəm, 
Bu dünyaya gəlmişəm.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ