Ermənistan Səhiyyə Nazirliyi II Qarabağ müharibəsində həlak olmuş 3 300 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizasını keçirib.
XeberTıme.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Onun sözlərinə görə, müharibənin başladığı vaxtdan bu günə qədər həlak olmuş 1 441 şəxsin genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib, 436 cəsəd tanınıb.