SON DƏQİQƏ

Emil İlhamoğlu imzası olan “PHİBROWS” studionun yeni filialı Sumqayıtda açıldı- FOTOLAR

Tarix:15-06-2023, 10:50

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.
11.06.2023-ci il tarixində  Sumqayıt şəhər ZM Qadın Fitness  Spa Mərkəzində Emil İlhamoğlu imzası olan  “PHİBROWS” studionun 4-cu filalının möhtəşəm açılışı oldu.            
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda vermiş, qalibiyyət tariximizi yazan oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.     

Ön söz dəfələrlə Avropa, Dünya çempionu, Azərbaycan idmanına kifayət qədər töhfələr vermiş, AQGF-nın baş məşqiçisi, Beynəlxalq  dərəcəli idman ustası, ZM Fitness İdman klubunun direktoru Zöhrab Məhsimova verildi.                                                      
 
- Hər kəsi salamlayıram, dünyada və Azərbaycanda  məhşur olan Emil İlhamoğlu imzası ilə yaranan bir nömrəli “PHİBROWS” studiosu Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtda fəaliyyətə başladı. İnanıram ki, burada çalışan hər bir peşəkar usta xanımların zövqünə oxşayaraq onların istəklərini həyata keçirəcək. Bu günə qədər özəlliyi ilə seçilən “PHİBROWS” studionun rəhbəri, əziz qardaşım Emil İlhamoğlunu və “PHİBROWS” ailəsinin bütün üzvülərini ürəkdən təbrik edirəm.                                                  
 
Çıxış üçün söz 40 dan cox  xarici ölkələrdə  2000-dən çox tələbəsi olan
NanoBrowsPMU texnikasinin dunyada yaradıcısı, Beynəlxalq Grand Master Emil İlhamoğluya verildi.                                
 
- Əziz qonaqlar, ZM ailəsi,  “PHİBROWS” ailəsi, Sumqayıt şəhərinin qonaqları., sakinləri açılış tədbirinə xoş gəlmisiz.  Hər zaman yüksək səviyyədə xanımların  xidmətində duran masterlərimiz sevərəkdən xanımların zövqünə uyğun həm də onlara yaraşan xidmətləri həyata keçirirlər. Bu komandada çalışan peşəkar masterlər mənim yetirmələrimdir. İstedadlı komandası olan ZM Fitness Spa Mərkəzində Sumqayıt filialımızı açdıq, hər birimizə xeyirli, uğurlu, zövqlü işlər arzulayıram.                                                  
ZM Fitness Spa Mərkəzinin yaradıcılarından olan, dəfələrlə xarici dövlətlərdə beynəlxalq mükafatlara və sertifikatlara layiq görülən Sevinc Həsənova Emil İlham oğluya və xanımların gözəlliyinə gözəllik qataraq onların zövqünə uyğun çalışan  “PHİBROWS” ailəsinə bol-bol uğurlar, müvəffəqiyyətlər  dilədi.                                                     

ZM Fitness Spa Mərkəzinin məşqiçiləri: Sevda Həsənovaya, pilates üzrə məşqiçi Ülkər Mürşüdovaya, aerobika üzrə məşqiçi Nurdan Qəhrəmanovaya,  gözəllik ustası-stilist Arifə Abdullayevaya informasiya dəstəyinə görə “XeberTime.az” informasiya portalının direktoru Yeganə Telmanqızıya ZM Fitness İdman Klubunun  direktoru Zöhrab Məhsimov tərəfindən Fəxri Fərman və Təşəkkürnamə təqdim olundu.
Hər iki ailənin komanda üzvüləri tort kəsdilər. Rəmzi lent kəsilərək  “PHİBROWS” studionun Sumqayıt filialı xanımların ixtiyarına verildi. 
Sonda xatirə şəkilləri çəkildi.                                        
Bizdə “XeberTıme.az” analitik informasiya portalı olaraq Beynəlxalq Qrant master  Emil İlhamoğluya və onun  imzası olan “PHİBROWS” studionun bütün komandasına uğur və daima irəlidə  olmağı arzulayırıq.   
Tədbirin təşkilatşılığına və şəkillərə görə Babək Quliyevə öz təşəkkürümüzü bildiririk.            

Xatırladaq ki, phibrows boyası tam orqanik boyadır. Gözəllik studionun xidmətləri: NanoBraws (qaş permanenti), pudra effekti, dodaq rənglənməsi və layner, kiprik qaynağı, qaş silinməsi. 
“PHİBROWS” studionun Sumqayıt filalının ünvanı: Sumqayıt şəhər 42-ci məhəllə SDU-nin 2-ci korpusu ilə üz-üzə, “Cansu” şirniyyat evinin yanı. Əlaqə tel: 077 363 11 61
İntagram: phibrows sumqayit                                                 
Facebook: Phibrows Studio 

Yeganə Telmanqızı                                                  
AJB-nin üzvü 




 
                                     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ