SON DƏQİQƏ

Xudayar nəğməsi

Tarix:4-01-2021, 18:31

Yazıçı-publisist Rauf İlyasoğlunun yaradıcılığı.
Xudayar nəğməsi 

Vətən nəğməsini oxuyan zaman , 
Nələr düşünürdün görən   Xudayar? 
Sənin avazını esidən o an,
Azad oldu yurdum, o doğma  diyar .

Ayaq saxla dayan, yoldan ötənim,
Xudayar səsini dinləyən şahid ! 
Qucaq açdı sənə doğma vətənim,
Agdamsız doğulub böyüyən  şəhid! 

Dayanıb səcdə qıl, şəhid önündə, 
Ruhu asimandan  boylanan  şəhid! 
Diz cökdüm qarşında ,  torpaq önündə,
Hər əmrə müntəzir dayanan  şəhid! 

Başını uca tut, qürurlu ana.
Xudayar nəğməsi döndü dastana.
Səsin gur yayıldı  doğma cahana ,
Sən şərəf gətirdin Azərbaycana , 
Sən şərəf gətirdin Azərbaycana .

Rauf İLYASOGLU 
02.01.2021.


Şəhidlər qanıyla zəfər qazandı 

Fikir məni boğur, dərd məni boğur, 
Nə qədər doğmalar, dostlar itirdim. 
Ağlama, xeyri yox, ha cığır, bağır,
Özümü də son mənzilə yetirdim.

Çalışıb yaxşılıq eylədim bir vaxt , 
Günahım olubsa, bağışla , Allah! 
Hər kəsə yazılıb  bir  qismət, bir baxt , 
Məni qəbul eylə , bağışla, Allah! 

Bir az da möhlət ver, arzuma çatım, 
Yığım balaları doğma yurduma, 
Ata  məzarını dolanıb  yatım, 
Rəbbim! güc , qüvvət ver şanlı orduma.

Heyran oldum düşüncənə,  ağlına,
$uşadan yüksələn bil ki, Azandı,  
Borcluyam Niyazın şəhid oğluna, 
Şəhidlər qanıyla Zəfər qazandı.

Rauf İlyasoğlu  
03.01.2021


Bayrağımız Murov dağda ucaldı

Ömür ötür,, saç ağarır gün keçir, 
Xoş arzular qəlbimizi yurd seçir, 
El həsrətli ürəyimiz qəm içir, 
Elim,Obama, Qarabağa yol saldi, 
Bayrağımız Kirs dağında ucaldi .

Laylay dünyam, Ağdam sənə qovuşdu, 
Dərdli qəlbim intizardan sovuşdu 
Arzularım çiçək açdı yovuşdu, 
Elim, obam Zəngəzura yol saldi , 
Bayrağımız  Ağrıdağda ucaldı.

Xankəndim də keçdi yağı əlinə, 
Dağ basdılar baldan şirin dilinə .
Giz yaşlarım döndü ocaq külünə.
Elim, obam Ağdamıma yol saldı, 
Bayrağımız $ahbulaqda ucaldı .

Fuzulimiz dərd əlindən alındı, 
Qubadlıda nur ocağı qalandı.
$usamızda bir vağzalı çalındı, 
Elim , obam  Kəlbəcərə  yol saldı, 
Bayrağımız  Dəlidagda ucaldı.

Vətən qəmin car edəndə cahana, 
Xain düşmən kaş alısa, kaş yana , 
Rauf, dinə fərəh yaşın ummana , 
Elim obam, Qarabağa yol saldi , 
Bayrağımız  Murov dağda ucaldı.

Rauf İlyasoğlu





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ