SON DƏQİQƏ

Əkbər Yusifoğlu kəlbəcərliləri təbrik edib

Tarix:25-11-2020, 23:00

Azərbaycanın özünün hərbi və siyasi gücünü sübut edərək növbəti tarixi qələbəsini  qazandı.
Nəhayət ki, 27 il 7 aydan sonra Kəlbəcərimiz şərəfsiz, vandal, quldur düşmənlərimizdən təmizləndi. Bu şanlı qələbəmiz münasibətilə Azərbaycan xalqımı təbrik edirəm! 
Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin qələbəsidir! Müzəffər Ordumuzun qələbəsidir! Ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir! 
Həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir! Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl həriflərlə tarixi bir salnamə yazdı. Bu qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. 
 
Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən şəhidlərimizə rəhmət eləsin! Ailələrinin qarşısında baş əyərək, analarının əllərindən öpürəm.
 
Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Kəlbəcər bizə, biz də Kəlbəcərə qovuşduq.
Gözünüz  aydın olsun, əziz kəlbəcərlilər!


QARABAĞ AZƏRBAYCANDIR!
 
Əkbər Yusifoğlu                                                                    
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü                                         
Tanınmış vəkil



 
 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ