SON DƏQİQƏ

Vətən hər zaman igid oğulları ilə güclü olur

Tarix:4-01-2021, 20:23

Fəridin atası ona xəbər verir ki, “səni hərbi komissarlıqdan cəbhəyə cağırırlar” Fərid bu xəbərə çox sevinir.                                          44 günlük Vətən müharibəsində Qarabağ qazisi Fərid Kərimovun da payı var. 

Vətən müharibəsində könüllü vuruşan qəhrəmanımızı tanıyaq.

Kərimov Fərid Rais oğlu 7 avqust 1996-cı ildə  Salyan rayon Yuxarı Xalac kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib. 2002-2013-cü illərdə Salyan rayonu Yuxarı Xalac İ.İbrahimov adına 1 saylı tam orta məktəbdə təhsil alır. Təhsilini başa vurduqdan sonra elə həmin ilin oktyabr ayında   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Salyan Rayon şöbəsindən həqiqi hərbi xidməətə çağrılır. Həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında  N saylı hərbi hissənin Quru Qoşunlarında qumbara atan vəzifəsində xidmət edir. 2016- cı ilin mart ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Salyan rayonu Yuxarı Xalac kəndinə qayıdır. Ailəyə kömək etmək üçün bir müddət kənddə usta kimi çalışır. Fərid Kərimov 2020-ci ildə “Vətən dardadır” deyib hərbi komissarlığa könüllü ərizə ilə müraciət edir. O, qumbara atıcısı kimi etiyatda olan əsgər olur. 27 sentyabr ordumuzun əks-hucumu başladıqdan sonra Fəridin atası ona xəbər verir ki, “səni hərbi komissarldan cəbhəyə cağırırlar” Fərid bu xəbərə çox sevinir. İlk Beyləqan rayonuna gedir orada bir müddət təlim keçdikdən sonra, Ağcabədi rayonuna gəlir və Fəridin ilk döyüş yolu  Füzulidən başlayır. Zəngilan, Hadrud, Xocavənd, Suşa uğrunda gedən ağir döyüşlərdə ön cəbhədə vuruşur.                                                                        
Qarabağ qazisi, fəxrimiz Fərid Kərimov bizə döyüş yolundan danışdı:                                                                                          
- Şuşaya çatmağımıza 6-7 km qalmışdır. 6 noyabr saat 05:00 əmr gəldiki Şuşakəndi götürməliyik, qarşıda dərə var idi, bizi orda saxladılar ki gözləyin bizimkilər artilleriya ilə qabağı düşməni vursun, sonra avtomat döyüşünə siz gedəcəksiz. Ermənilərin xəbəri olur və onlar bizi minamyotla atəşə tutdular.  Mən orda 2 qollarımdan və sağ ayağımın bud hissəsindən ağır yaralandım. Məni dağın ətəyinə düşürtdülər ilk tibbi yardım etdikdən sonra, sonra Füzuli rayon Mərkəzi xəstaxanaya daha sonra vəziyyətimi ağır olduğu üçün Bakıya göndərdilər və burada əməliyyat olundum.    

Mən sayıtınız vasitəsi ilə hər zaman şəhid və qazi ailələrinin, qazilərin yanında olaraq onlara dəstək olan iş adamı Rafiq Xəlilə xüsusi təşəkkürümü bildirirəm. Bu gün siz özünüzdə şahid olduz ki, yaxın qohumu Zümrüd xanımla birgə bizə hər tərəfli dəstək olaraq yanımızdadır. Allah ömür versin, Allah razı olsun!                                                                                       
Biz bu günki qələbəmizdə şəhidlərə, onların valdeynlərinə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ata, analarına, övladlarına səbr versin!Yaralı qazilərimizə Allah şəfa versin tezliklə sağalıb ailələrinə dönsünlər. Mən vətənə xidmətimlə fəxr edirəm. Ali Baş Komandan bu gündə əmr etsə, Vətənim üçün döyüşə hazıram.                                                                      
Prezident İlham Əliyev 18 dekabr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Kərimov Fərid Rais oğlunu “Cəsur döyüşçü” medalı ilə təltif etmişdir.  

Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ