"150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar".
XeberTıme.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupları üzrə ixtisas seçimləri ilə bağlı keçirdiyi canlı yayımda deyib.
Hər bir ixtisas seçimi üzrə müxtəlif keçid ballarının olduğunu söyləyən DİM sədri abituriyentlərin bu şərtləri çox vaxt səhv saldıqlarını bildirib.
M.Abbaszadə xatırladıb ki, bununla yanaşı məhdudiyyət tətbiq edilən əsas ixtisaslar da mövcuddur: "Burada buraxılış və blok imtahanında 200 bal və daha yüksək nəticə göstərən abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılırlır. Amma onlar blok imtahanında minimum 100 bal toplamalıdırlar. Bu məhdudiyyət əsas ixtisaslara aiddir".
XeberTıme.az