SON DƏQİQƏ

5 Medallı Cəsur Döyüşçümüz

Tarix:5-01-2021, 23:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalıyıb.                               XeberTıme.az”  xəbər verir ki, təltif olunanlar arasında Orxan Əlizadə də var.  O, Vətən müharibəsində Qarabağ ugrunda gedən döyüşlərdə şücaət göstərib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Əlizadə Orxan Bəhruz oglu 5 medalla təltif olunub: “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”.         
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Orxan Əlizadə 44 günlük Vətən müharibəsi başlayan ilk gündən vuruşan əsgərdir. Əldə etdiyimiz tarixi qələbədə onunda öz payı var. 

Sənin kimi oğullarla Azərbaycan xalqı fəxr edir!
 
 Yeganə Telmanqızı 
“XeberTıme.az”  


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ