Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
XeberTıme.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb..
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
XeberTıme.az