SON DƏQİQƏ

Bakı və Abşeronun bəzi ərazilərində iki gün su olmayacaq

Tarix:25-11-2020, 23:32

Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
XeberTıme.az  xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ