SON DƏQİQƏ

Kəşfiyyatçının döyüş yolu- FOTO

Tarix:6-01-2021, 01:18

Rahil Xəlilov- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyim üçün fəxr edirəm!
Vətən müharibəsi qəhrəmanımızı tanıyaq.

Xəlilov Rahil Əjdər oğlu 11 noyabr 1994-cü ildə Beyləqan rayonunun Tatalılar kəndində  müəllim ailəsində dünyaya gəlib. Ailədə 3 qardaş böyüyüb tərbiyə alıb, Rahil evin ən kiçik övladı olub. 2001-ci ildə Beyləqan rayon şəhid Q. Nəsirov adına Tatalılar kənd ümumi orta məktəbin birinci sinifinə daxil olur və 2012-ci ildə şəhid  Beyləqan rayon şəhid S,Salmanov adına Tatalılar kənd tam orta məktəbini bitirir. 2013-ci il yanvar ayının 28-də  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Beyləqan Rayon şöbəsindən həqiqi hərbi xidməətə çağrılır. Zaqatala-Balakən Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmətə başlayır və kiçik çavuş rütbəsinə,  manqa komandiri vəzifəsinə qədər yüksəlir. 2014-ci ilin iyil ayında etiyata buraxılır və böyüyüb boya-başa çatdığı Beyləqan rayonunun Tatalılar kəndinə qayıdır. Babası Behbudov Xəlil 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçısı olub, əmisi Behbudov Fikrət I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalır. Böyük qardaşı Xəlilov Ramil hərbiçidir. 2016-ci ilin yanvar ayında   Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin gizir hazırlığı kursuna daxil olur, aprel ayında zirehli döyüş maşın komandiri kursunu bitirir. Təyinatla  Beyləqan rayonu N saylı hərbi hissədə xidmətə başlayır və sentyabr ayında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində davam etdirir. Rahil Xəlilov Türkiyə və digər ölkələrdə hərbi kurslar keçərək müxtəlif sertifikatlar alımışdır.                                                                                   

27 sentyabr Vətən Müharibəsi başlanan gündən döyüşlərə qatılır, Murov yüksəkliyi, Xocavənd rayonunun Hadrud qəsəbəsi, Kəlbəcər, Füzuli, Cəbrayıl,  rayonları uğrunda gedən ağır döyüşlərdə ön cəbhədə igidliklə vuruşur. Noyabrın 4-də Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə hər iki ayağından çoxsaylı minamyot qəlpəsindən yaralanır və çoxlu qan itirir və ilk tibbi yardım etdikdən sonra noyabrın 8-də Füzuli rayonu hərbi hospitalına, sonra vəziyyəti ağır olduğundan doğum günü noyabrın 11-də Bakıya gətirilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Xəlilov Rahil Əjdər oğluna “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif etmişdir.        

Hərbiçi Rahil Xəlilov bizə döyüş yolundan danışdı:

- Yeganə xanım gözümü açandan ailəmizdə hər zaman   Vətənə sevgidən danışıldı. Bildiyiniz kimi babam böyük Vətən müharibəsi iştirakçısı, əmim I Qarabağ döyüşlərinin şəhidi, qardaşım hərbiçidir. Mənim də bu peşəyə məhəbbətim  yarandı, hərbiçi olmağıma qərar verdim. Hərbiçi olmağımla fəxr edirəm. Burdan bizə dəstək olan hər kəsə əsasəndə hər zaman qazilərin yanında olaraq onların problemləri ilə maraqlanan iş adamı Rafiq Xəlilə öz təşəkkürümü bildirirəm. O hər zaman bizə ailə üzvümüz  kimi doğmdır.                                               

İş adamı Rafiq Xəlil bizmlə həmsöhbət oldu:                                  

- Hər bir insanın vətəndaşlıq borcudur ki, torpaqlarımız uğrunda sağlamlığını itirən qazilərimizin yanında olaraq onlara həm mənəvi, həm də maddi dəstək olsun. Bizi birliyimiz qələbəyə apardı. Mən Vətən oğulları ilə fəxr edirəm! Bu gün çox sevinirik, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib, Azərbaycan Ordusu qələbə tarixi yazaraq şəhidlərimizin qisası aldı, ərazi bütövlüyümüz bərpa olundu. Bu qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə, şəhid olan balalara, döyüşən ordumuzun əsgərlərinə borcluyuq. Yaşasın Azərbaycan xalqı!

Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ