XeberTıme.az xəbər verir ki, bu barədə Minaxanımın Nuruzadənin qızı İlahə xanım məlumat verib.
Onun sözlərinə görə, M. Nuruzadədə öskürək və digər "COVID” əlamətləri olmayıb: "Şəhid oğlu Nurlana görə çox ağlayırdı, halı yox idi. Amma koronavirusa yoluxduğunu bilməyib. Bir neçə gün əvvəl yaşadığı Sumqayıt şəhərində xəstəxanaya müraciət edib. Vəziyyəti ağır olduğuna görə aparata qoşulub. Bu gün isə vəziyyəti daha da pisləşib və müalicə aldığı xəstəxanada vəfat edib. Xatırladaq ki, 16.11.2020-ci il tarixində Sumqayıt şəhər Unikal Klinikasında 59 yaşlı Nuruzadə Minaxanım Həsənbala qızı “göbək yırtığı” xəstəliyindən tam təmənnasız əməliyyat olunmuşdur.
Ailə Sumqayıt şəhərində yerləşən mebel sexində məskunlaşıb. Şəhid Nurlan Nuruzadə də həmin sexdə böyüyüb.
Qeyd edək ki, 19 yaşlı Nurlan Nurzadə Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!