SON DƏQİQƏ

Yola saldığımız 2020-ci il Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı üçün "yarpaq tökümü" ili oldu.

Tarix:8-01-2021, 02:28

2020-ci ildə təşkilatımızın qeydiyyatında olan 5 üzvümüz haqq dünyasına qovuşdu.
Dərin kədər və təəssüf hissi ilə qeyd edirik ki, 2020-ci ildə təşkilatımızın qeydiyyatında olan 5 üzvümüz - tanınmış jurnalist, "Sumqayıt" qəzetinin Baş redaktoru, respublikanın Əməkdar jurnalisti Qüdrət Məlikov (Muğanlı), veteran jurnalist, bir sıra məsul vəzifələrdə çalışmış, Prezidentin Fərdi təqaüdçüsü Zərifə Təhməzova, şair-publisist, tanınmış təhsil işçisi Şərbət Əli Ümrə (Mahmudov), "Möhtəşəm Azərbaycan" qəzetinin redaktoru, istedadlı şairə, dəyərli jurnalist Nisə Heydərli (Qədirova) və "Azərbaycan kimyaçısı" qəzetinin Baş redaktoru olmuş, tanınmış jurnalist İbrahim Tanrısəs (Abdullayev) haqq dünyasına qovuşdu.
Dünyalarını dəyişən həmkarımız üçün kədərləndiyimizi bildirir, hər birinə Allah-taaladan rəhmət diləyir, ailə üzvlərinə, yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı veririk.      
                                                               

Ruhları şad, məkanları Cənnət olsun!
 
Ruhlarına dərin hörmətlə,
Azərbaycan Jurnalistlər Birliyi 
Sumqayıt şəhər təşkilatı


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ