SON DƏQİQƏ

Vətən Müharibəsi qazisi ailə həyatı qurub - FOTO

Tarix:8-01-2021, 10:01

Vətən Müharibəsi qazisi, Qazax rayonunun Aslanbəyli kəndindən olan hərbçimiz Abbas Yusifov ailə həyatı qurub. 
XeberTıme.az xəbər verir ki, onun sevdiyi xanımla olan nikah fotosu sosial şəbəkələrdə xeyli bəyənmə qazanıb. 
Xatırladaq ki, leytenant Yusifov Vətən müharibəsinə Azərbaycan Silahlı Qüvvələrinin zabiti kimi qatılıb. O, Suqovuşan və Talış istiqamətində döyüşüb. Zabitimiz sentyabrın 30-da Talış kəndində minaya düşüb. Nəticədə hərbçimizin sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olunub. Qazimiz dekabrın 15-də Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qazımızın nigah fotolarını sizə təqdim edirik: 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ