SON DƏQİQƏ

Dəmir yumruqla tarix yazan həyatım

Tarix:8-01-2021, 12:11

Vətənə xidmət etmək ən şərəfli peşədir!
Vətən müharibəsinin hərbiçi qəhrəmanını tanıyaq.
Kütləvi azərbaycanlılar tarixi-etnik torpaqlarından-Ermənistandan deportasiya olunur. Babayevlər ailəsi yaşadıqları dədə-baba torpaqlarından Qərbi Azərbaycanın Dərələyəz mahalından  qaçqın düşürlər. Babayev Orxan Səfər oğlu 28 yanvar 1989-cu ildə Daşkəsən rayonunun Bayan kəndində dünyaya gəlmişdir. Sadə, zəhmətkeş ailədə böyüyən Orxanın ailəsi maddi cəhətdən çox çətinliklər görür. 1996-ci ildə Daşkəsən rayonu M.Mustafayev adına Bayan kənd tam orta məktəbin birinci sinifinə daxil olur. Məktəbdə oxuduğu illərdə hərbi oyunlarda, hərbi təlimlərdə, idman oyunlarında fəal iştirak edən şagirdlərdən biri olur. Hər zaman rayonlar arası keçirilən yarışlara qatılaraq nailiyyətlər qazanırdı. 2007-ci ildə orta məktəbi bitirir, elə həmin  ilin yanvar ayında Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Xüsusi Təyinatlılarıının N saylı hərbi hissəndə müddətli hərbi qulluqçu kimi xidmətə başlayır. 2008-ci ildə xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Daşkəsən rayonuna qayıdır. Orxan müxtəlif işlərdə işləyərək ailəyə maddi köməklik edir. Uşaqlıqdan hərbiçi olmaq arzusu onu 2013-ci ildə Daxili Qoşunların Xüsusi Təyinatlılarıının N saylı hərbi hissəndə hərbiçi kimi xidmət etməyə gətirib çıxarır. Bir müddət kurs keçəndən sonra Xüsusi Təyinatlılarıının dəstəsinə qəbul olunur. 2014-cü ildə çavuş rütbəsini alır. 2016-cı ildə ailə həyatı qurmuşdu 3 yaşında Bəhruz, 7 aylıq Babək adlı övladları var.                                                                         2020-ci ilin 26 sentyabrından artıq əmr verilir və Göygöy istiqamətində hərəkətə keçən dəstəyə düşmən ardı-arası kəsilmədən minamyot atır. Kəlbəcər istiqamətinə keçən dəstə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edirək bütün nöqtələrini ələ keçirirlər. 4-5 gün həmin əraziləri, yüksəklikləri  qoruyub saxlayırlar. Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə öndə gedən Xüsusi Təyinatlıların hərbiçiləri tutduqları yüksəklikləri və nöqtələri ələ keçirərək   Müdafiə Nazirliyinin bölmələrinə təhfil verirərək önə gedirdilər. Xocavənd rayonunun Hadrud qəsəbəsində bir neçə gün ağır döyüşlərdə iştirak edir. Yaralanan yoldaşlarına hər zaman köməklik göstərən Orxan Babayev yoldaşlarını heç zaman geridə qoymadı. Xocavənd rayonun bir neçə kəndinin azad olunmasında, sonra Şuşa uğrunda gedən şiddətli döyüşlərdə vürüşür. Hərbiçilər meşədə mövqeylərini tutur və komandir əmr verir ki, burda qalacaqsız. Bütün hərbi hissənin hərbiçiləri öz mövqeylərini tuturlar və Orxan mövqeyini hazırlayır çantasından  gecəgörmə adlı cihazını çıxarır ki, silaha taxsın və ərazini müşayidə etsin. Snayperlə düşmən soldan müşahidə alır sol qolunun dirsəkdən yuxarı hissəsini vurur və atışma başlayır. Sağ əli ilə özünü itələyir arxaya və çökəyə düşür sol qolu möhkəm zədələnir. Orda ilk tibbi yardım göstərilir və Füzuli hərbi hospitalına təxliyə edilir. Hospitala çatdırılan Orxan Babayevin qolunun damarlarını, vətərlərini güllə qırmışdı, artıq qolu ağır vəziyyətdə olduğu üçün amputasya etmək istəyirlər. Füzuli Mərkəzi Xəstaxanasına gətirilərək əməliyyat edilir damarlarını  təmizləyirlər. Sonra Orxan M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzinə gətirilir və burada yüksək səviyyədə qayğı ilə əhatə olunur. Ikinci əməliyyatı noyabrın 26-da olur, sol qolunun 4 barmağını ambutasya edirlər. Bir müddətdən sonra Elmi-Tədqiqat Travmatologiya və ortopediya İnstitutuna köçürülür və burada üçüncü əməliyyatı keçirir.                                                                       
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu çavuş Babayev Orxan Səfər oğlunu 4 medalla təltif etmişdir: “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşcü” .                                                                       

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu cavuş Orxan Babayev bizimlə çox maraqlı həmsöhbət oldu, o öz döyüş yolundan danışdı:                                                                            

 - Vətənə xidmət etmək ən şərəfli peşədir. Hərbi sahəyə marağım çox idi və uşaqlığımdan hərbiçi olmağımı düşünürdüm.  Ən böyük istəyim xidmət etdiyim illərdə Ali Baş Komandanın torpaqlarımızın azad edilməyi baradə əmrinin olması və məndə döyüşçü kimi vuruşaraq Zəfər tarixində tarıx yazan qəhrəmanlardan biri olmağım idi. Şükürlər olsun, arzuma catdım. Ermənistan təcavüzü nəticəsində Azərbaycan əraziləri 30 il idi ki, işğal altındaydı.  İçimdə, düşəncələrimdə  hər zaman olaraq torpaqlarımızın azad edən qəhrəmanlardan biri olmaq idi. Mənim dayım Xaliq və bibim oğlu Fərəməz şəhid olub. 30 ildə şəhid olan Vətən oğullarının qisasını düşməndən almaq isdəyi ilə yaşayırdım. II Qarabağ müharibəsində düşmənə Azərbaycan oğulları yaxşı dərs verdilər. Ermənilər bizim üzərimizə gəlməkdən, bizlə müharibə etməkdən qorxurdular. Onların döyüş qabiliyyəti bizlə uzağı 3-5 dəqiqə idi. Çoxu məhv olurdu qalanlarıda qaçıb gedirdi.  

Sağ olsun Ali Baş Komandan onun uzaq görən siyasətinin nəticəsində biz torpaqlarımızı azad etdik, yaşasın Müzəffər Ordumuz. Mən çox xoşbəxtəm,  Müzəffər Ordumuzun sıralarında qulluq edən hərbiciyəm. Azərbaycan xalqıma, güclü dövlətimə xidmət etmişəm! Bir ona təssüflədim ki, yaralandım döyüş yoldaşlarımla axıra qədər gedə bilmədim.                               
Sayıtınız vasitəsi ilə cərrah Rasim həkimə təşəkkür edirəm, həm Füzuli hərbi hospitalında, həm M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində cərrah kimi müalicələrimi təyin etdi. Hal-hazırda yatdığım Elmi-Tədqiqat Travmatologiya və ortopediya İnstitutunun bütün tibb personalına, həkimlərə öz təşəkkürümü bildirirəm. Müalicələrimizi vaxtı-vaxtında edilir. Bizə xüsusi qayğı və diqqətlə yanaşırlar. Yeganə xanım bizi ən çox ziyarət edən, qayğılarımızla, problemlərimizlə yaxından maraqlanan və bizə doğma olan qardaşlardan biri iş adamı Rafiq Xəlildir. Hər zaman sosial şəbəkələrdən də izləyirik ki o, şəhid və qazi ailələrinin yanındadır. Allah ondan və bizə dəstək olanlardan razı olsun!                                                               
Bu gün bu uğurları əldə etmşik və hər zaman xalqıma qələbə sevinci arzulayıram! Tarixi ərazilər ermənilər tərəfindən işğal edilmiş, torpaqlarımız azad olundu və məndə qələbə yazan qazilərin sırasındayam. Azərbaycan xalqı minlərlə şəhid verdi amma sınmadı, əyilmədi, hər zaman məğrurluğun, qürurluğun saxladı. Dəmir yumruqla tarix yazan həyatımda Qarabağın azad ediləməsidə iştirakımda var imiş. 

Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı   
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ