SON DƏQİQƏ

Hərbiçi olaraq döyüş yolu keçmək şərəfdir

Tarix:9-01-2021, 12:41

Mən fəxr edirəm ki, işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qazi oldum.
Vətən müharibəsinin hərbiçi qəhrəmanını tanıyaq.

20 iyul 1998-ci ildə Siyəzən rayonunun Su kəmər qəsəbəsində Allahverdiyevlər  ailəsinin son övladı Kamran dünyaya gəlir. Zəhmətkeş, sadə, azərbaycanlı ailəsində 3 övlad 1 qız, 2 oğlan böyüyür. 2004-2015-ci illərdə Siyəzən şəhəri C.Cabbarlı adına 1 nömrəli tam orta məktəbdə təhsil alır. 2016-cı ilin iyul ayında Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılır. Gəncə şəhərində  N saylı Daxili Qoşunlarının hərbi hissəsində xidmətə başlayır. Uşaq vaxtından hərbi sahəyə olan marağı Kamran Allahverdiyevi hərbi xidmətdə etdiyi illərdə hərbiçi olmaq arzusuna gətirib çıxarır. Onun hərbi xidməti  2018-ci ilin yanvar ayında bitir və könüllü olaraq Bakının Biləcəri qəsəbəsində MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlayır.                                                    
2020-ci il 27 sentyabr cəbhədə müharibə başlanan ilk gündən Kamran döyüşlərdə sücaətlik göstərərək vuruşur. O, Füzuli,  Xocavənd rayonları, Hadrud qəsəbəsində gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. 9 noyabr Şuşanın düşmən işğalından azad ediləməsi günü Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş əsgər Kamran Allahverdiyev Şuşa uğrunda gedən ağır döyüşlərdə əlindən, sağ ciynindən və sağ boyun ətrafından yaralanır. Əsgəri təcili olraq Hadrud qəsəbəsinə çatdırırlar və burada ilk tibbi yardım göstərdikdən sonra Horadiz qəsəbəsinə aparırlar. Vəziyyəti ağır olduğu üçün noyabrın 10-da Bakıya Daxili Qoşunlarının Hərbi Hospitalına gətirilir və ciynindən ağır əməlyyat keçirir.   Noyabrın 16-da isə Elmi-Tədqiqat Travmatologiya və ortopediya İnstitutuna təkim olunur və burada əlindən əməliyyat olunur, hal-hazırda 2 barmağı işləmir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş əsgər Allahverdiyev Kamran Elman oğlunu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif etmişdir.                

Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş əsgəri Kamran Allahverdiyev çox maraqlı  müsahibim oldu:                              

- Bu gün Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandan, prezident İlham Əliyevin müdrik rəhbərliyi uğurla inkişaf edir. Orduda xidmət etmək isə nüfuzludur. Mən fəxr edirəm ki, işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qazi oldum. Ali Baş Komandanın güclü iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın Müzəffər, güclü ordusu zəfər çalaraq bütün dünyaya sübut etdi ki, bizim güclü ordumuz, məğrur, qorxmaz əsgərimiz var. Şükürlər olsun ki, 30 ildə şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın qanı yerdə qalmadı. Allah şəhidlərimizə rəhmət eləsin!                                                 

Xeyriyyəçi, iş adamı Rafiq Xəlil Azərbaycan igidlərinin mərd, cəsur, qorxmazlığından danışdı:

- Yeganə xanım Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə can sağlığı diliyərəm. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.  Bu gün də "N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərləri qətiyyətlə vətəni qoruyurlar. Azərbaycan igidlərinin mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, millətimizə sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanıblar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz! 


Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ