SON DƏQİQƏ

Nazirliyin daha üç əməkdaşı ordudan tərxis edildi

Tarix:9-01-2021, 18:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin daha üç əməkdaşı hərbi xidmətdən tərxis edilərək iş başına qayıdıblar.Nazirlikdən bildirilib ki, Vətən Müharibəsində iştirak edən Elşən Bağırov, Xəyal Nəzirov və Səbuhi Hüseynzadə iş yerlərində kollektiv tərəfindən böyük sevinc hissi ilə qarşılanıblar. 
Qeyd edək ki, ümumilikdə Sosial Xidmətlər Agentliyinin səkkiz əməkdaşı Vətən Müharibəsində iştirak edib.
Onlardan Amin Həsrətov, Elnur Əliyev, Kamran Abdullayev və Vüsal Hətəmov ötən həftə Ordudan tərxis olunaraq, mülki həyatlarına qayıdıblar.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə A.Həsrətov “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, E.Əliyev “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, K.Abdullayev isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ