SON DƏQİQƏ

Mübarizədən Keçən Ömür

Tarix:11-01-2021, 01:59

Sağlamlığını torpaqlarımızın azad olunması yolunda itirən hərbiçimiz 3 dəfə ağır əməliyyatlar keçirir.                                                             Vətən müharibəsinin hərbiçi qəhrəmanını tanıyaq.           

Mehdiyev Ceyhun Cingiz oğlu 19 iyun 1996-cı ildə Sabirabad rayonu Məmişlər kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2003-2014-ci illərdə Sabirabad rayonu Məmişlər kənd tam orta məktəbində təhsil alır. 2014-ci ilin iyul ayında Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad   rayon İdarəsindən həqiqi hərbi xidmətə çağırılır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qusar”sərhəd dəstəsinin N saylı hərbi hissəsində xidmətə başlayır. 2016-cı ilin yanvar ayında hərbi xidmətini başa vurararaq təxris olunur və ata-baba yurduna Sabirabad rayonu Məmişlər kəndinə qayıdır, ilk əmək fəaliyyətinə başlayır. Lakin hərbi sahəyə olan istək və həvəsi onu bir ildən sonra 2017-ci ildə hərbiyə gətirir. Ceyhun Mehdiyev Daxili Qoşunlarda müddətdən artıq hərbi xidmətə görə müraciət edir və MAHHXH  qulluqçusu vəzifəsində işə başlayır. Bir müddətdən sonra  Daxili Qoşunların Xüsusi Təyinatlılarıının N saylı hərbi hissəndə xidmətə başlayır. 2018-ci ildə çavuş rütbəsi alır. 2019-cı ildə sevib, seçdiyi  Aytac xanımla ailə həyatı qurub, 8 aylıq Cingiz adında bir oğlu var.                                                                    

Azərbaycan Ordusu sentyabrın 27-də əks-hücum əməliyyatına başladı və çavuş Ceyhun Mehdiyev Xüsusi Təyinatlılarıının dəstəsində Vətəni və xalqı üçün qəhrəmanlıqla döyüşlərdə vuruşur. 2020-ci il noyabrın 1-də Şuşakənd uğrunda gedən ağır döyüşlərdə yaralanır ilk tibb yardım göstərərək Füzuli hərbi hospitalına çatdırırlar. Oradan Ağcabədi hərbi hospitalına gətirilir və 4 gün burada yatır, vəziyyəti ağır olduğu üçün Bakıya Daxili Qoşunlarının Hərbi Hospitalına təkim edilir. Burada 2 dəfə ayağından damar əməliyyatı olunur. Sonra C.Mehdiyev Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna köçürülür, ciynindən qəlpə yarasından əməliyyat   keçirir.                                                                                     
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu çavuş Mehdiyev Ceyhun Cingiz oğlunu  “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                                                               

Kamran vətəninə, dövlətinə bağlı bir hərbicidir o, bizimlə keçdiyi döyüş yolundan danışdı:                                                                            

- Bu böyük Zəfər Ali Baş Komandamızın, Müzəffər Ordumuzun və xalqımızın şanlı qələbəsidir. Bu gün bütün şəhidlərin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şaddır. Biz 30 il gözlədəyimiz qələbəni əldə etdik və ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Ordusunun bütün əsgərləri öz torpaqlarınızın azadlığı uğrunda məğrurluqla vuruşdu. Döyüş yolum Kəlbəcərdən başladı, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa uğrunda döyüşdüm. Şuşakənd istiqamətində gedən döyüşlərdə sol dizimdən bir qarış aşağı yaralandım və sol çiynimə üç qəlpə girdi, sol dizimdədə qəlpə var idi. Hal-hazırda ayağım işləmir, amma tez bir zamanda sağalacağına inanıram. Burda həkimlər və tibbi personal bizi xüsusi qayğı ilə əhatə edir. Şəhidlər və qazilər unudulduqca ölürlər. Azərbaycan xalqının mərd oğulları daima cəbhəyə dəstək oldular. Belə mərd oğlanlardan biridə xeyriyyəçi, iş adamı Rafiq Xəlildir. O bizə ailəmiz, qohumumuz kimi yaxındır. Mütamadi olaraq həm ailə üzvüləri, həmdə özü hər bir problemimizlə maraqlanır, tez-tez nəyə ehtiyacımız olduğunu soruşur. Var olsun bu cür oğlanlarımız! 
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi müharibədə payı olanlardan biri də Ceyhun Mehdiyevdir. 
                                             

Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  

                                                                                

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ