SON DƏQİQƏ

Bakıda şəhid ailələrinə iftar süfrəsi açılıb - FOTOLAR

Tarix:19-03-2024, 08:52

15.03.2024-ci il tarixində Müdafiə Nazirliyinin rəhbərliyi şəhid ailələri və qazilərimiz üçün İftar süfrəsi açıb. 
İftar süfrəsində Azərbaycanın müxtəlif bölgələrindən gələn  şəhid ailələri, Qarabağ qaziləri, müharibə iştirakçıları iştirak ediblər. Müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib, günün duası oxunub. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.                   
Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqqəlik sükütla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.                                            
Ön sözlə çıxış edən dövlət qulluqçusu Elvin Dadaşov  insanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında bütün duaların qəbul olunmasını diləyib. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimiz əbədi olaraq tarixdə yaşayacağını bildirib. Müdafiə Nazirliyinin bütün əməkdaşları adından qarşıdan gələn Ramazan və Novruz  bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Şəhidlərimizin ailələrinə Ulu tanrıdan səbr, qazilərimizə, müharibə iştirakçılarına Allahdan şəfa diləyib. 
Şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov, polkovnik-leytenant, şəhid Rəşad Quliyevin anası Nəzakət Quliyeva, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Baş Kəşfiyyat idarəsinin mayoru şəhid Taleh Kərimovun ömür-gün yoldaşı Nəzakət İsmayılova, peşəkar snayper Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, kiçik çavuş Fərhad Əliyevin anası Tacə Əliyeva, şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım şəhid Ramil Rəhimovun anası Gülhava Rəhimova, Müdafiə Nazirliyiynin əməkdaşı Zümrüd xanım və digər şəhid ailə üzvüləri bildirdilər ki, artıq dörd ildir Azərbaycanın müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edirik. Ramazan ayının gözəlliyi mərhəmət və şəfqət ayı olmasıdır. “Biz şəhid ailələri, sağlamlıqlarını bu yolda qoyan qazilər sevincini yaşadığımız qələbəni bizlərə qanları ilə bəxş edən övladlarımız hər zaman dövlətimiz, xalqımız tərəfindən diqqət və qayğı ilə əhatə olunuruq. On bir ayın sultanı olan Ramazanda bu cür məclislərdə bizi bir araya toplayaraq könlümüzü xoş edən məclis təşkilatçılarına, əməyi, zəhməti olan hər kəsə öz minnətdarlığımızı bildiririk. Allah qəbul etsin Amin!”                           
Böyük qələbə qazanaraq torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhərəmanları unutmamalıyıq! Hər bir döyüşçümüz, zabit və əsgərimiz bizim üçün dəyərlidir.            
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Yeganə Telmanqızı               
XeberTıme.az





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ