SON DƏQİQƏ

Azərbaycan Rusiyaya başsağlığı verdi

Tarix:23-03-2024, 00:48

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada baş vermiş silahlı insidentə görə Rusiyaya başsağlığı verib. 
XeberTıme.az  xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.
 
"Biz Moskvada “Krokus Siti” konsert kompleksinə edilən dəhşətli hücumu qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə, eləcə də Rusiya Federasiyası xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik. Azərbaycan terrorun qurbanı olan ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - açıqlamada bildirilir.
Qeyd edək ki, bu gün axşam saatlarında Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma, ardınca güclü partlayış olub. 
 
İlkin məlumata görə, terror aktı nəticəsində 40 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
 
Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb.  

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ