SON DƏQİQƏ

Haqqınız ödənilməz!

Tarix:13-01-2021, 23:47

Qarabağ qazisi Hümbətov Mərdan evində ziyarət olunub. 
Ağstafa RİH-nin Köçəsgər kənd üzə nümayəndəsi Şükran Hacıyev, Veteranlar Birliyinin sədri Mirzahid Hacıyev, Köçəsgər kənd 1 nömrəli məktəbin və Mədəniyyət evinin kollektivi olaraq Füzulinin uğrunda gedən qanlı döyüşlərdə ağır kəllə-beyin travması alan qazi Hümbətov Mərdan evində ziyarət olunub. Torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirəərək zəfər tarixi yazan qazimizə sonsuz təşəkkür bildirilib. 
Gələn qonaqlar Vətən müharibəsi qəhrəmanımıza “təbii ki, haqqınızı ödəyə bilmərik, amma mənəvi dəstəyimizi də əsirgəməyəcəyik” deyiblər. 
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə möhkəm can sağlığı versin!


Qəhrəmanlarımızla fəxr edirik!

Yeganə Telmanqızı 
“XeberTıme.az”  
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ