SON DƏQİQƏ

Vətənpərvərlik və şəhidlik zirvəsi

Tarix:14-01-2021, 01:10

Şəhid Nəzir Osmanov əmək haqqısını alıb imkanı zəif olan dostları ilə bölüşürdü.
Şəhidimizi tanıyaq:

Nəzir Rahib oğlu Osmanov 1 yanvar 1998-ci ildə Qax rayonunun Qıpcaq kəndində dünyaya gəlmişdir. 2004-ci ildə Mehdi Ziyadov adına Qax rayonu Qıpcaq kənd tam orta məktəbin birinci sinifinə qədəm qoyur. Dəsrslərinə çox diqqətlə və məsuliyyətlə yanaşan balaca Nəzir  hələ uşaq yaşlarında hərbi sahəyə çox maraq göstərərək hərbiyə mövzularda çəkilən filmlər izləyir. 2015-ci ildə həmən məktəbin məzunu olur. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayonu İdarəsindən həqiqi hərbi xidmətə çağırılır. Nəzir Osmanov vətənə xidmətini yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Hacıqabul rayonu Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissədə qulluq edir. Onun marağı ən çox hərbi texnikalarlara olduğu üçün hərbi xidmət illərində onlarla yaxından tanış olur və müxtəlif biliklərə yiyələnir. 2017-ci ilin iyun ayında hərbi xidmətini başa vuran Nəzirin hərbi qulluqçu olmaq arzusu onu hərbiçi peşəsini seçməyə gətirib çıxarır. O, xidmət etdiyi hərbi hissədə MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır.                                                              

Dostları, iş yoldaşları, döyüş yoldaşları arasında böyük hörmətə sahib idi. Yoldaşlarının dediyinə görə maaşın alardı imkanı zəif olan dostları ilə bölüşürdü. Yaxın günlərdə qardaşının toyu olacaydı, öz məvacibi hesabına ailəyə dəstək olaraq evlərini təmir etdirib  deyirmiş ki, “Qardaşımın toyuna evimiz hazır olsun”. Lakin yeni təmir olunmuş evdə onun yas mərasiminin keçirilməsi nəsib oldu...İkinci Qarabağ müharibəsi başladığı gündən döyüşlərə qatılaraq Hadrut, Füzuli, Şuşa istiqamətində cəsarətlə vuruşur.                 

1noyabr 2020-ci il...Şuşa uğrunda gedən ağır döyüşlərdə başından yaralanaraq şəhidlik zirvəsinə ucalır. Şəhid doğulduğu Qax rayonu Qıpcaq kəndində uğrunda öldüyü torpağa tapşırılır. Dəfn mərasimində şəhidin ailə üzvüləri, döyüş yoldaşları, ictimayyət nümayəndələri və rayon sakinləri iştirak etdilər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin yaxınlarına təqdim olunur.            

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayış etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Osmanov Nəzir Rahib oğluna ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                      


Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Əkbər Yusifoğlu aparıcısı olduğu “Qanun və İcra” verlişində, eləcədə teleməkanlarda qonaq olduğu verlişlərdə hər zaman şəhidlərimizi təblığ edir. Əkbər müəllim  Nəzir Osmanov haqqında danışdı. 


- Nəzir Osmanov kimi oğlanlar Vətəni yaşatdılar. Nəzir 22 yaşında Vətən müharibəsində şəhidlik zirvəsini fəth etdi. Bi zirvəyə çatmaq, bu məqama yüksəlmək hər bir insana nəsib olmur. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Çünki torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşan şəhidlərimiz bizlərə Vətəni, üçrəngli bayrağı əmanət edən şəxslərdir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Ana vətənin, doğma, müqəddəs Odlar yurdunun şərəfi, qeyrəti, namusu yolunda canlarını qurban verənlərə əbədi eşq olsun! Şəhidlik zirvəsinə ucalan şəhidlər ölməzdirlər! Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.                            

Nur içində yatasan şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ