SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:14-01-2021, 01:35

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra”  verlişi 16 yanvar tarixində həftənin şənbə günü saat 14:30-da canlı yayımda, verlişin təkrarı isə bazar günü saat 14:30-da "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
Bu dəfə "Qanun və İcra" verlışındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-40 maddələrini əhatə edən  “Əməlin cinayət olmasının aradan qalxması halları” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin  1159-1178 və 1179, 1192 maddələrini əhatə edən “Vəsiyyətnamənin  forması, qanunu və vəsiyyəti üzrə vərəsəlik mövzularında fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır.
Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                                                                                          
 
1. Abusəməd Səmədov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 
 
2.  Qəndab Fərəcova - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 
 
3. Aytən Quliyeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil
 

4.  Nigar Muradova -  Ailə məsələləri üzrə ekspert, psixoloq.                                                                                              
 
Yeganə Telmanqızı 
   “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ