SON DƏQİQƏ

Qəbul imtahanları yenidən iki mərhələli olacaq

Tarix:14-01-2021, 17:39

Bu il qəbul imtahanları yenə iki mərhələdə (yaz və yay imtahanları) keçirilə bilər.
XeberTıme.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda bu məsələlər müzakirə edilir: “Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ