SON DƏQİQƏ

Məzahir Pənahov parlament seçkilərinin tarixini AÇIQLADI

Tarix:2-05-2024, 20:57

Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır.
XeberTıme.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
 
MSK sədri bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər.
 
“Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - Məzahir Pənahov qeyd edib.
 
Sədr əlavə edib ki, MSK artıq parlament seçkilərinə hazırlığa başlamalıdır.
 
"Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir. Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov qeyd edib. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ