SON DƏQİQƏ

Vətənə həsr olunmuş ömür

Tarix:16-01-2021, 10:29

Bu gün Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, sərgi-tədbir təşkilatçısı yeniyetmə və gənclərin sevimlisi Aygün İsgəndərovanın doğum günüdür.Aygün xanımın doğma şəhəri Ağdam işğal olunması ilə taleyinə məcburi köçkünlük həyatı yazılanlardandır. Ta kiçik yaşlarından vətən həsrəti ilə böyüyən Aygün xanım ömrünü vətənimizi, milli mənəvi dəyərlərimizi yaşatmağa və eləcədə təbliğinə həsr edib. Aygün xanım bu illər ərzində həm əsərləri ilə, həm də təşkil etdiyi bütün layihələrdə istər dövlət qurumlarımız, istərsə də ölkəmizdə akredite olunmuş səfirliklərlə ölkələrarası mədəniyyətlərin, tolerantılığın, multikulturalizmin, vətənpərvərliyin, Azərbaycançılıq ideologiyasının təbliğinə həsr etmiş və uğurlu fəaliyyətinə görə diplom, fəxri fərman və medallarla təltif olunmuşdur.        
Hər zaman vətənimizin xidmətində olan Aygün xanımı biz də saytımız adından həm doğma torpağının işğaldan azad olunması, eləcə də doğum günü münasibəti ilə təbrik edir, layihələrinin davamlı olmasını arzulayırıq.                                                                
 Aygün xanım sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə və şəxsi həyatınızda uğurlar arzulayırıq. Ad gününüz mübarək! Həmişə üzünüzdə təbəssüm, həyatınızdan sevinc  əksik olmasın.

 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ