SON DƏQİQƏ

Ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi…

Tarix:16-01-2021, 22:21

Vətən müharibəsində Ağcabədi rayonundan 42 nəfər şəhidlik zirvəsinə ucalıb.     

44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbədə payı olan şəhidimizi tanıyaq: 
1997-ci il noyabrın 14-də Ağcabədi rayonu Qaravəlli kəndində Bayramovlar ailəsinin Vətən üçün böyütduyu kiçik övladları dünyaya gəlir. Xəzər Bayramov 2005-2016-cı  illərdə şəhid Şahin Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbində təhsil alır. Kiçik Xəzər hələ orta məktəb illərində hərbiçi olmaq arzusu ilə yaşayır. Hərbiçi olaraq işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etmək idi. 2016-cı ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayonu İdarəsindən həqiqi hərbi xidmətə gedir. Gədəbəy rayonu Qaravəllilər kəndində yerləşən N saylı hərbi hissəsində post əsgəri kimi xidmətə başlayır. Xidmət zamanı hərbi sahənin sirrlərini öyrəndikcə hərbiçi olmaq qərarını verir. 2017-ci ilin iyul ayında hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Ağcabədi rayonu Qaravəlli kəndində qayıdır. 27 dekabr 2019-cı ildən Ağcabədi rayonunun Qaradolaq kəndində yerləşən N saylı hərbi hissədə MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlamışdır.                             
2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsində tank taborunda, tuşlayıcı operator vəzifəsində döyüşlərə qatılır. Ailəsi ilə son danışığı oktyabrın 1-də olur.                                                                                                              
2 oktyabr 2020-ci il...Füzuli rayonu uğrunda gedən döyüşlərdə bir postu alırlar, ikinci postu düşməndən azad edəndə tank raketlə vurulur Xəzər  Bayramov başından zərbə alaraq 23 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.                                                      
Xəzər Bayramovun vida mərasimi şəhidin boya-başa çatdığı Ağcabədi rayonu Qaravəlli kəndində olub. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və icra hakimiyyətinin nümayəndələri, Müdafiə nazirliyinin bir sıra əməkdaşları, kənd sakinləri iştirak edib. Cəbhə yoldaşlarının dediyinə görə cəsur, igid döyüşçümüz X.Bayramov ermənilərə qan uddururmuş.                                       
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bayramov Xəzər Azad oğlu ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib. Subay idi. 2 bacı, 1 qardaş: Elvina, Tamara, Xəzər.   

Bacısı Elvina qardaşı Xəzərlə qürur duyur.                                                   

– Qardaşım  hər zaman müharibənin başlamasını həsrətlə gözləyirdi. Çox vətənpərvər, qorxmaz, imanlı bi roğlan idi. Hərbi sahəyədə sevərək getdi. Bir sözü də tez-tez işlədirdi ”bu oğul elə-belə oğul deyil”.                                                                                              

Müsahibim qeyd edir ki, Xəzərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi: “O, çox istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun və doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalansın”. 


Hər zaman şəhidlərimizi təbliğ edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, “Qanun və İcra” verlişinin aparıcısı Əkbər Yusifoğlu Xəzər Bayramov haqqında fikirlərini bizimlə bölüşdü:  

 

- Azərbaycan 44 gün davam edən Vətən müharibəsində qələbə çaldı, milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bi qələbəni bizə yaşadan Ali Baş Komandan, Azərbaycan ordusu, xalq birliyi və həmrəyliyi oldu. Bu birlik, bu güc, iradə düşmənə dərs verdi. Hərb meydanında igidlik göstərən, vətən torpağını düşməndən qanı, canı bahasına azad edən Azərbaycan bayrağını uca tutan vətən oğullarının bu qələbənin qazanılmasında rolu danılmazdır. Bu qəhrəmanlardan biridə əslən Ağcabədi rayonunun Qaravəlli kəndindən olan Xəzər Bayramovdur. Biz belə oğullarla fəxr edirik. Xəzər və onun simasında şəhidlik zirvəsinə ucalan şəhidlər xalqımızın qəlbində əbədi olaraq məskən saldılar. Allah rəhmət eləsin. Vətən sağ olsun!                                                   

Nur içində yatasan şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ