SON DƏQİQƏ

Hərbi formasını sevən şəhidimiz+ FOTOLAR\VİDEO

Tarix:17-01-2021, 15:12

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimiz müqəddəs amal uğrunda şəhid  olursa, bu, xalqımızın böyüklüyüdür. 
Şəhidimizi tanıyaq:                   

Vəliyevlər ailəsi Sumqayıt şəhərində yaşayır. Əli Kamran oğlu Vəliyev 15 iyun 2002- ci il tarixində Qobustan rayonunda fəhlə ailəsində dünyaya gəlir. Ailənin ilk övladı olan Əli çox dəcəl, ərköyün bir uşaq idi. O Sumqayıt şəhər 38 saylı  “Şəfəq” məktəbəqədər tərbiyə müəssəsində tərbiyə alır. Əli 2009-cı ildə Sumqayıt şəhər 13 saylı tam orta məktəbdə sevimli müəlliməsi Müşkinaz Novruzovanın sinifinə qəbul olur. Elə həmən il ailə böyük bir faciə ilə üzləşir, Əlinin, Xalidin anası Ülviyyə xanım avtomobil qəzasına düşərək dünyasını dəyişir. Anaları haqq dünyasına qovuşanda Əlinin 7 yaşı, Xalidin 2 yaşı vardı. Uşaqların tərbiyyəsi ilə nənələri Sara Vəliyeva məşğul olur. Əli sambo idman növü ilədə məşğul olmuşdur, şəhər üçüncüsüdür. 2018-ci ildə 9-cu sinifi bitirir və ailəyə maddi cəhətdən kömək etmək məqsədi ilə Rusya Federasiyasında yerləşən Nijnivartovski şəhərinə əmisinin yanına gedir. 2020-ci ildə Azərbaycana qayıdır 15  iyun ad günün keçirir. 8 iyulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedir. Daxili Qoşunların Goranboy rayonun N saylı hərbi hissəsində şəhid Hüseyn Yusifovla birgə hərbi xidmətdə qulluq edir. 27 sentyabr başlanan Vətən müharibəsi döyüşlərində igidliklə vuruşur.                     
2020-ci il  30 sentyabr...Suqovuşan istiqamətində gedən döyüşlərdə sinəsindən yaralanaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. 57 gün itkin düşən əgərimizin nəşi noyabrin 27-də ailəsinə təhfil verilir. Minlərlə şəhər sakininin, icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, yaxınlarının, dostlarının müşayəti ilə Əli Kərimov Sumqayıt şəhər Şəhidlər Xiyabanında “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı alıtında dəfn edilir.                             

11 ildir nəvələrini böyüdüb boya-başa çatdıran Sara nənəyə çətin olsada Əli haqqında xatirələrindən danışdı:                                           

- Əli anasını itirəndən sonra həyata marağı  söndü qızım, dərslərinidə oxumaq istəmirdi. Anasının xiffətini çəkirdi, dəcəl bir oğlan idi, həyat  eşqi söndü. Amma heç kimin yanında sınmadı, əyilmədi balam. Məndə gücüm çatdığı qədər onlara yaxşı baxdım, düzgün tərbiyyə etdim. Analarının iyisini məndən alırdılar. Çox idi Əli balamın arzuları. Hərbi formanı geyəndə elə sevinirdi. Hərbiçi olmaq istəyirdi. Son görüşümüz sentyabrın 19-da hərbi hissədə oldu. Atası, bibisi oğlu Emin, qardaşı Xalid və mən Əlini ziyarətə getmişdik. Bizi görüb çox sevindi, sevdiyi yeməklərdəndə bişirib aparmışdım. Sentyabrın 29-da zəng vurdu mənə dedi ki, vuruşuruq hər şey yaxşıdır. Noyabrın 19-da Əlini axtarırdılar, yuxuda gördüm ki, başımdan aşağı soyuq su tökürlər. Bildim ki, balam dünyasını dəyişib...                                                                                   

Əli şəhid olduğu gündən ailəsini bir gün olsun tək qoymayan dostları Fərid və Mətin şəhid əsgərimiz ən yaxın sirdaşları imiş..”Amma onunla fəxr edirik”

- Əli ilə uşaqlıqdan dostuq. Sakit təbiətli, deyib-gülməyi xoşlayan, zarafatcıl bir oğlan idi, nə qədər çətinlik çəksədə heç kimə bildirmirdi. O yaxşı günündə, pis günündə dostu idi, hətdda cibimizdə olan puluda yarı bölürdük. Hər zaman deyirdi ki ”şəhidlik zirvəsinə ucalmaqdır arzum...” hərbi formanı çox sevirdi. “Sağ, salamat qayıtsan ilk növbədə maşın alacam” ən çox dediyi söz idi, maşın sürməyə həvəsi çox idi. Şəhid olma xəbərini eşidəndə...izah edə bilmirik o hissi ən əziz insanımızı, yaxın dostumuzu itirdik. Atası Kamran əmi bizdən bir müddət gizli saxladı bu xəbəri, yəqin o da inanmırdı ki, Əli şəhid olub. Artıq evə rəsmi xəbər gələndə inandıq. O hər zaman qəlbimizdədir, bizdə ailəsinin yanında olacayıq. Hərbi xidmətə yola salanda bütün dostlarımız orda idi. Əli ilə görüşdük dedi ki, hər şey yaxşı olacaq sağ, salamat get qayıt...Vətən sağ olsun!       

Nur içində yatasan  şəhid qardaşım! 
Əli Vəliyevin hərbi xidmətə gedəndə video görüntülərini sizə təqdim edirik

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ