Azərbaycanın bayrağı Dövlət bayrağı Meydanındakı yerinə qaytarılıb.
XeberTıme.az xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkə platformalarında yayılıb.
Dövlət Bayrağı meydanının yaradılması barədə sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın ərazisi 20000 kv.m-dir.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. 2017-ci ildən söküntüsünə başlanılan və yeni dirəyin quraşdırıldığı meydanda bu gün bayraq qaldırılıb.
Hazırda bayrağın test məqsədilə qaldırıldığı bildirilir.
XeberTıme.az