SON DƏQİQƏ

Şəhid Sərdar Həsənovun anım günüdür

Tarix:18-01-2021, 01:12

Şəhidlər azadlığın uca heykəl daşıdır. 
Şəhidimizi tanıyaq:                                                               

Həsənov Sərdar Rəşid oğlu 1971-ci il oktyabrın 28-də Bərdə rayonunun Uğurbəyli kəndində dünyaya gəlmişdir. İlk orta təhsilini Uğurbəyli kənd orta məktəbində alır. 1990-cı ildə sevib seçdiyi Maya xanımla ailə həyatı qurur. 1992-ci ildə həqiqi hərbi xidmətə gedir və cəsur döyüşçümüz I Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşur.                                                              
1994-cü il 6 yanvar... Sərdar Həsənovun son döyüşü, Ağdəərə uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bakı şəhərinə hərbi hospitala çatdırılır, həkimlər nə qədər səy göstərsələrdə əsgərimizi xilas edə bilmirlər. Həsənov Sərdar Rəşid oğlu 18 yanvar 23 yaşında şəhidlik zirvəsinə ucalır.                                                                                               
Ömür-gün  yoldaşı  Maya Cabbarova həyat yoldaşını bir ömür  sevdi.                                                                                             
- Yeganə xanım Sərdar şəhid olanda 21 yaşım var idi. 3 il 7 ay ailə həyatı yaşadıq. Vətəninə, xalqına çox bağlı bir oğul idi. Qayğıkeş həyat yoldaşı, gözəl övlad, dəyərli insan...Heyf çox az ailə yoldaşım oldu, amma ruhən hər zaman yanımdadır. Bacım Aişə ağır xəstələndi, dünyasını dəyişdi tək övladı olan Akifə mən baxdım. Akif Cabbarov  Vətən müharibəsinə könüllü getdi və oktyabrın 25-də  şəhid oldu. Allah şəhidlərimizə rəhmət eləsin!                                         
Sərdar Həsənov yenilməz döyüşçü kimi həmişə qəlblərdə yaşayacaq. 

Nur içində yatasan  şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 
    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ