SON DƏQİQƏ

Növbəti Qan vermə aksiyası

Tarix:19-01-2021, 23:43

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, Vitse Spiker Adil Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə yanvar ayını 19 -da növbəti  qanvermə aksiyası uğurla həyata keçirildi.
Tanınmis idmançıların, Nərimanov rayon sakinlərinin , donorların iştirakı ilə novbə ilə ara məsafə gözlənilməklə  könüllü olaraq  donorlar qan verməyə başladılar. Onu da qeyd edim ki, millət vəkili Adil Əliyev bir gün əvvəl sosial şəbəkədə idmançılara, Nərimanov rayon sakinlərinə   müraciət edərək demişdir ;
- Hörmətli   idmançılar, hörmətli seçicilər!
Koronovirus pandemiyasınin yaratdığı fəsadlardan biri də donorların sayında azalmanın olmasıdır.
Bu gün bütün qan qruplarına olan ehtiyac artmaqdadır.
2020-ci ilin sentyabr ayının 27 - dən başlamış  Vətən müharibəsi Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı ordumuzun qələbəsi ilə başa çatdı. Torpaqlarımız işğalçı  erməni quldurlarından azad olundu.
Vətən uğrunda canını qurban vermiş cəmi  Şəhidlərimizə Allahdan rəhmət diləyirik.Səhidlər bizim qürurumuzdur. Bildiyiniz kimi hoslitallarda nə qədər yaralı əsgər və zabitlərimizinn qana ehtiyacı var.
Eləcə də  talassemiyalı , qan azlığı olan xəstələrə qan vermək hər bir sağlam vətəndaşın borcudur.
Hər il olduğu kimi bu il də Adil Əliyev Qan vermə aksiyasını təşkil edərək birinci olaraq qan verdi.
Onu da qeyd edək ki , Mərkəzi Qan Bankında qan verən donorlara  qan vermə barədə arayışlar təqdim olunur, 200- dən çox könüllü donor olan idmançılar  növbə ilə bu nəcib təşəbbüsə qoşuldular.

Mərkəzi Qan Bankının direktoru Qumral Ələkbərova Adil Əliyev başda olmaqla bütün donorlara təşəkkürünü bildirərək  dedi:                       

-Qan donoru olmaq  heç vaxt imuniteti  zəiflətmir,  tam əksinə   sağlam və gümrah olmağa səbəb olur. Qan daimi istifadə olunduğu üçün mütəmadi olaraq donorlara  ehtiyac var Bir qan verən şəxs üç nəfər insanın həyatını xilas edir.
Xeyirxahlıq isə heç zaman unudulmur.
Dünyanı bürüyən korono virus pandemiyasının tugyan etdiyi bir dövrdə həyatlarını riskə ataraq, ehtiyacı olanlara, qan azlığından əziyyət çəkən talassemiyalı xəstələrə qan verərək onlara həyat bəxş edən və təmənnasız yardım edən donorlara , başda Adil Əliyev olmaqla sağ ol deyib hər kəsə can sağlığı arzulayırıq.
Allah xalqımızı, dövlətimizi, ordumuzu və donorlarımızı qorusun.

RAUF İLYASOĞLU.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ