SON DƏQİQƏ

“Həkəri” qəzetinin növbəti sayı 12 səhifədə işıq üzü gördü-FOTOLAR

Tarix:20-01-2021, 04:05

XeberTıme.az xəbər verir ki, “Həkəri” qəzetinin  növbəti buraxılışında “Prezident İlham Əliyev Şuşa şəhərində səfərdə olub”- prezidentin Azərbaycan mədəniyyətinin paytaxtı Şuşaya səfəri,“Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun alim, filologiya elmləri doktoru, professor, Şöhrət ordenli Teymur Əhmədovun 90 illik yubleyinə həsr olunmuş “ Cəfakeş alim, görkəmli qələm sahibi” məqaləsi və “TEYMUR ƏHMƏDOV 100 YAŞA” seiri, ATOVB-nin üzvü, Müharibə veteranı, ehtiyatda olan polkovnik Sücəddin Abdullayevin “Sizin dəmir yumuruğunuz ətrafında birləşən xalq-ordu birliyi zəfərə imza atdı”, Dilbər Ağayevanın general-mayor Polad Həşimovun əziz xatirəsinə ithaf etdiyi “Sizə minnətdaram, general! məqalələri,  Rauf İlyasoğlunun MN-nin  polkovnik-leytenantı Eyvazov Anar  haqqında yazdığı “Vətənin Cəsur oğlu“ yazıları qəzetə daha da rəngarənglik verib.                                                                    
Şəhidlər unudulmur! Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizə həsr olunan yazılar: Rauf İlyasoğlu “Şəhid ailəsinə qarşı biganəlik”, Püstə Rəvanın “Nəğmə oxuyan şəhidim”, şəhid atası Niyaz Allahverdiyevin “Şəhid, uşaqlıq arzusunu 21 ildən sonra həyata keçirdi”, Yeganə Telmanqızıznın “Şəhidlər bəşəriyyət yolunu işıqlandırır”, Vətən Müharibəsi qazisi Hacı Həsən Hüseynlınin “Canavar ləqəbli şəhid polkovnik-leytenant”, Prezident təqaüdçüsü  Emin Baratoğlunun “Mərd və qorxmaz oğul” və “Ölümsüzlüyə qovuşanlar”, Xəyal Bağırovun “Şəhid oğlu!”, Şəhla Xəlilqızı “Bu Vətən sənindir, kasıb balası” yazılarında şəhidlər ehtiramla yad olunur.                 

Vətən müharibəsi qəhrəmanlarımızı tanıyaq Qarabağ qazilərimiz Rahil Xəlilovun, Fərid Kərimovun, Kamran Allahverdiyevin, Orxan Babayevin, Ceyhun Mediyevin, Vətən müharibəsində döyüşən əsgərlərimiz  Rəvan Əbilovun, Qeyrət Süleymanlının  keçdikləri döyüş yolundan bəhs edən Yeganə Telmanqızının maraqlı yazıları,  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Əkbər Yusifoğlunun “44 günlük müharibədə  Azərbaycan tarixi qələbəyə imza atdı” matrealları qəzetdə öz əksin tapıb.                                                             
Aqrar elmlər doktoru, professor  Hamlet Aslanovun “Ləyaqət və şəxsiyyət bütövlüyünün zirvəsində” məqalələri,  Sabir Məmmədovun 59 illiyinə “İqtisadçı alim, şair dostumuz” və Rauf Allahverdiyevin “Əsgər anası, ad günün mübarək!”, Şair-publisist Rauf İlyasoğlunun “Far-El MMC-nin təsisçisi və direktoru Rafiq  Zəbaniyə həsr olunmuş “İlahidən güc alan şair” matreallarındakı təbriki, Hacı Həsən Hüseynlinin “Ad gününüz mübarək!,  Dilbər Ağayevanın tarix elmlər doktoru Dilavər Əzimliyə “Cəfakeş alim” təbrikləri, “Həkəri” qəzetinin əməkdaşı Əntiqə Əsgərovanın Dünya Azərbaycanlılarına arzuları qəzetdə yer almışdır.                                             

Azərbaycanın xalq artisti Ramiz Əzizbəylinin minacatı, Azadə-Taleh Abbasqızının, Bəradər Səməndərlinin, Hüseyn Həsənovun, Mahmud Mayıloğlunun, Rauf İlyasoğlunun, Aygün Hüseynlinin, Nəcibə Dərələyəzlinin, Məhərrəm Məhərrəmovun, Mələk İsmayılın, Rəşid Rəxşanlının, Tahirə Şuşalının,  həkim-şairə İlhamə Səmiminin, Cənub Azərbaycan şairi Ağayi Bəhram Məsum Nəjadın, Emin Baratoğlunun, Firuzə Əsədullayevanın, Ədalət Qafarovun, Hacı Anar Nəbiyevin, Nazlı Hacılının, Yadulla Ləkinlinin, Rəfail Əhmədovun, İraq-Kəkük şairi Gənim Salihinin, Türkiyə şairi Əhməd Urfalının, Mürvət Qədimoğlunun, Nəbibə Həbibinin, Mehdixan Şəfahətoğlunun seirləri və digər maraqlı matreallar  dərc olunub.    
Xatirladaq ki, “Həkəri” qəzeti 18 ildir işıq üzü görür və respublikada ən cox oxunuan qəzetlər sırasındadır və 8 səhifədən ibrətdir. Qazetin baş redaktoru Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur.                                                                                 
Ayda bir dəfə çap olunan " Həkəri " qəzeti  mətbuat , kitabxana və mədəniyyət işçiləri, arasında, AYB də, AJB də, işğaldan azad olunmuş rayon sakinləri arasında, eyni zamanda  Respublikamızın  müxtəlif bölgələrində  səhidlərimizin ruhuna xatir  pulsuz yayımlanır.                                                                                   
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
 
 “XeberTıme.az”

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ