SON DƏQİQƏ

20 YANVAR şəhidlərinin əziz xatirəsinə

Tarix:20-01-2021, 12:32

20 YANVAR şəhidlərinin əziz xatirəsinə 
Güllə yağırdı evlərdə,  küçələrdə, baxçalarda, 
Qan içinə boyanmışdi xonçalar da , xalçalar da .

Yerdə qalıb cabalayan bədənsiz o qol, əl, qılça,  
Saralmış o cəsədlər də qalaq- qalaq, parça - parça .

Göydən zülm ələnirdi, yerdən alov, od çıxırdı, 
Şəhidlərin naləsindən  şimşəklər də hey çaxırdi.

Paralandı qocalar da , cavanlar da şaqqa- şaqqa, 
Törətdilər ermənillər,bir faciə , gör nə hoqqa? 

Qərənfillər dilə gəlib, fəryad edirdi o anlar, 
Qarışmışdı yağan qara, al qırmızı, qara qanlar.

Vəhşiləşmiş rus ordusu susamışdı türk qanına, 
Qorbaçovlar, Bakatinlər qıydı xalqının çanına .

Qorxmaz igid şəhidlərim çəkmədi bir dəfə də ah, 
Kimlər idi cinayəti törədənlər , aman, Allah! 

Unutmayın o gecəni , şəhidləri görən şahid! 
Xalqın qürur mənbəyidir , anılacaq hər bir şəhid.

Şəhidlərim yaşayacaq, qəlbimizdən solmayacaq, 
İnanın ki, günahsızlar heç cəzasız qalmayacaq.

Rauf İlyasoğlu 
2000 ci il

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ