Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı paylaşım edib.
O, fikirlərini “Instagram” hesabında bölüşüb.
Paylaşımda deyilir: “Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”